Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Bu müəllimlərin attestasiya imtahanı ləğv olunur

Tarix: 16-02-2026 14:35     Baxış: 441 A- / A+

Musiqi, incəsənət, rəssamlıq məktəblərində işləyənlərin attestasiya imtahanı ləğv olunur

Manevr.az məlumatına görə, məsələ Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsində və "Təhsil haqqında" Qanununa dəyişiklik edilməsi barədə qanununun layihəsində əksini tapıb. 

İclasda bildirilib ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya nəticələrinin təsbit edilməsi əsasən sənədləşdirilmiş protokollarla məhdudlaşır, sənəddə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq göstəriciləri üzrə yazılı və obyektiv testlər kimi alətlər əhatə olunmur, eləcə də, rəqəmsal qiymətləndirmə alətləri, performans dəyərləndirmə sistemləri və digər müasir metodologiyalar nəzərdə tutulmur. Bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır və müasir təcrübə ilə uyğunlaşmır.

Eyni zamanda attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın tənzimlənmədiyindən, bu sahədə əmək mübahisələri riski artır.

Attestasiyanın şifahi formada keçirilməsi zamanı qiymətləndirmə meyarlarının dəqiq və ölçüləbilən olmaması subyektiv yanaşmadan asılılığı artırır.  Bununla yanaşı, şifahi attestasiyanın təşkili əlavə maliyyə və inzibati     yük yaradır, komissiyaların formalaşdırılması və prosesin uzunmüddətli aparılması dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar