Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

Köçürməyə şərait yaradan 159 imtahan nəzarətçisi işdən çıxarılıb

Tarix: 04-02-2026 15:38     Baxış: 351 A- / A+

Köçürməyə şərait yaradan 159 imtahan nəzarətçisi işdən çıxarılıb

"Ötən il zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərlə çıxarılıb. Bunlardan 286 nəfəri birbaşa imtahanla bağlıdır".
Manevr.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov deyib.
O vurğulayıb ki, imtahan zalında imtahan rəhbəri tərəfindən telefon aşkarlandığına və ya özü ilə imtahan binasına telefon keçirdiyinə görə 6 zal nəzarətçisi işindən azad edilib:
“İmtahanda iştirakdan dəfələrlə imtina etdiyinə görə 346, cari ildə keçirilən imtahanlarda ağır dərəcəli köçürməyə yol verdiyinə və köçürməyə şərait yaratdığı (sual kitabçalarının, cavab kartlarının dəyişdirilməsi, konspektdən istifadəyə göz yummaq və s.) imtahan rəhbəri tərəfindən müəyyənləşdirildiyinə görə 159, cavab kartını, cavab vərəqini, sual kitabçasını, yazı işi vərəqini səhv verdiyinə görə 14, imtahan iştirakçısı imtahan zalından cavab kartını və ya cavab vərəqini və ya yazı işi vərəqini çıxarıb 10 zal nəzarətçisi işdən azad edilib”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar