Sizin Reklam Burada
Xəbər lenti
30-01-2026
29-01-2026
BÜTÜN XƏBƏRLƏR

DİM fəlsəfə doktoru imtahanı keçirəcək

Tarix: 29-01-2026 10:48     Baxış: 334 A- / A+

DİM fəlsəfə doktoru imtahanı keçirəcək



Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmələri üçün qeydiyyat  prosesi başa çatır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

İddiaçılar DİM-in internet saytında (//ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün bu gün saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2026-cı il fevralın 15-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə fevralın 16-da keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə 19 fevral 2026-cı il tarixində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, imtahan elektron formada kompüterlər vasitəsilə keçiriləcək. Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı isə ənənəvi qaydada kağız daşıyıcılar vasitəsilə keçirilıəcək.

Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılır. Xarici dil, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanını uğurla vermiş (xarici dil üzrə fəlsəfə doktoru imtahanından ən azı 30 bal, əcnəbilər üçün Azərbaycan dili imtahanından isə ən azı 25 bal toplamış) iddiaçılara Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada həmin imtahanda onların göstərdikləri nəticəni özündə əks etdirən, fəlsəfə doktoru dissertasiyasının ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan şəhadətnamə verilir.

İddiaçılar xarici dillər üzrə fəlsəfə doktoru imtahanı proqramları ilə aşağıdakı keçidlərdə tanış ola bilərlər: (Azərbaycan dilindərus dilində); Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı proqramı.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar