Xəbər lenti 
					
 
		Bakıda qarpızın içindən çıxan hər kəsi təəccübləndirdi - VİDEO

Qarpızı kəsir, içindəki su qaynayaraq çölə çıxır. Bu proses bir neçə dəqiqə davam etdikdən sonra dayanır. Sosial şəbəkələrdə yayılan bu görüntülər izləyənlərin marağına səbəb olub.
Manevr.az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Bakıda qeydə alınıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu halın vətəndaşa satılan qarpızın xarab olması ilə əlaqədar olduğunu deyir.
Qarpız satanlar isə buna səbəb kimi həmin qarpızın tarladan gec yığılması və köklərinin yanması ilə əlaqədar olduğunu deyirlər. Onların sözlərinə görə, qarpız alarkən onun saplağına fikir vermək lazımdır.
Dövlət Fitosanitar Nəzarəti Xidmətindən isə bildirildi ki, əgər vətəndaşlar belə hallarla qarşılaşırlarsa, 16-52 çağrı mərkəzinə müraciət edə bilərlər. Bu halda qarpızın satıldığı yerdən nümunə götürülərək analiz aparılacaq.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















