Sizin Reklam Burada
Xəbər lenti
27-01-2026
BÜTÜN XƏBƏRLƏR

Laçın şəhərindəki orta məktəbdə 173 şagird təhsil alır, 19 müəllim çalışır

Tarix: 23-01-2026 14:35     Baxış: 339 A- / A+


Laçın şəhərindəki orta məktəbdə 173 şagird təhsil alır, 19 müəllim çalışır
İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturu mərhələli şəkildə bərpa olunur. Bu istiqamətdə Böyük Qayıdış proqramı çərçivəsində genişmiqyaslı layihələr icra edilir. Layihələrin əsas məqsədi bölgələrdə müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması və tədris prosesinin fasiləsiz təmin olunmasıdır.
Manevr.az-ın apa-ya istinadla məlumatına görə, belə təhsil müəssisələrindən biri də Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbidir. Məktəbin direktor vəzifəsini icra edən Şəbnəm Uğurlu deyib ki, təhsil müəssisəsi 2022-ci ildən fəaliyyət göstərir. 510 şagird yerlik məktəbdə hazırda 173 şagird təhsil alır. Tədris prosesinə 19 müəllim cəlb olunub.
Məktəb binası müasir tədris infrastrukturu ilə təchiz edilib. Təhsil müəssisəsində 9-u 24 yerlik, 5-i 18 yerlik, 4-ü 12 yerlik sinif otağı, informatika və texnologiya kabinetləri, 3 laboratoriya, məktəbəhazırlıq otağı, eləcə də hərbi hazırlıq kabineti fəaliyyət göstərir.
Bildirilib ki, yaradılan şərait şagirdlərin doğma yurdlarında keyfiyyətli təhsil almasına, bilik və bacarıqlarının inkişafına geniş imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası bölgədə sosial həyatın canlanmasına və əhalinin daimi məskunlaşmasına mühüm töhfə verir.

Şəbnəm UğurluLaçın şəhərindəki orta məktəbdə 173 şagird təhsil alır, 19 müəllim çalışır



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar