Xəbər lenti
50 minə yaxın müəllim işlə təmin olunub - Rəsmi

Manevr.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dəyişikliyə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər, o cümlədən əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər MİQ müsabiqəsində təkrar iştirak etdiyi halda, bu ödənişdən azaddırlar:
"Dəyişikliyin aparılmasında məqsəd MİQ müsabiqəsinin dayanıqlılığının təmin edilməsi, iştirakçıların məsuliyyətinin artırılması və büdcə vəsaitlərindən daha səmərəli istifadə olunmasıdır. Eyni zamanda Qanuna edilən dəyişiklik sosial ədalətlilik prinsipi qorunmaqla müəllim seçiminin keyfiyyətinin yüksəldilməsinə, təkrar və məqsədsiz müraciətləri azaltmaqla resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsinə xidmət edir.
Xərclərin optimallaşdırılması baxımından effektiv alət kimi qiymətləndirilən bu yanaşma beynəlxalq təcrübədə də geniş tətbiq olunur.
Son on ildə təxminən 50 min nəfərə yaxın namizəd MİQ əsasında müddətsiz əmək müqaviləsi ilə işlə təmin olunub".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























