Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
30-01-2026
BÜTÜN XƏBƏRLƏR

Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə!

Tarix: 16-01-2026 18:30     Baxış: 345 A- / A+


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2026-cı il 18 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək.
Manevr.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Gəncə, Şəki, Şəmkir, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında, Naxçıvanda isə 4 saylı orta məktəbdə təşkil olunacaq. İmtahanda iştirak etmək üçün müraciət internet vasitəsilə aparılıb və 493 nəfər qeydiyyatdan keçib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanda iştirak edəcək bakalavrların nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. Test tapşırıqlarının cavablandırılmasına 3 saat, xarici dil fənni üzrə essenin yazılmasına isə 30 dəqiqə vaxt ayrılır.
Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.
İştirakçılar imtahan üçün ayrılan vaxt başa çatdıqda və ya imtahanı yekunlaşdırdıqda nəticələrlə (esse qiymətləri istisna olmaqla) tanış olmaq imkanına malik olacaqlar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar