Xəbər lenti
32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır?
Yasamal rayonunda yerləşən 32 saylı uşaq bağçasında aşpazların işdən çıxarılması ilə bağlı narazılıq yaranıb.Bağçada uzun illər çalışdıqlarını bildirən aşpazlar iddia edirlər ki, onlar qanunsuz olaraq işdən azad ediliblər.
8 il həmin bağçada aşpaz işlədiyini deyən Rəhilə Mehdiyeva iddia edir ki, hazırda onların yerinə uşaqlar üçün yeməklər bağçada çalışan iki əməkdaşın valideynləri tərəfindən hazırlanır.
Onun iddiasına görə, istifadəyə yayarsız əti bişirməyə etiraz edib və həmin əti "Depot" MMC-yə göndəriblər. Çünki iki il əvvəl bağçada işləyən aşpazlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin balansından çıxarılaraq "Depot" MMC-yə işə götürülüblər.
32 saylı uşaq bağçasının müdir əvəzi Nurlanə Rzayeva isə deyir ki, ona bu vəzifə sentyabr ayında həvalə edilib və heç bir əməkdaşı işdən çıxarmayıb.
Nurlanə Rzayeva onu da bildirdi ki, körpələr evi-uşaq bağçasında kənar şəxlər tərəfindən yemək bişirilməsi iddiası əsassızdır. "Dost" Xidməti tərəfindən bağçaya yeni aşpazlar göndərilib və onlar artıq vəzifələrinin icrasına başlayıblar.
Məsələyə aydınlıq gətirmək məqsədi ilə "Depot" MMC-lə əlaqə saxlanıb. Telefonu açsalar da, suallara aydınlıq gətirməkdən imtina etdilər.
Qida Təhlükəsizliyi Agentliyindən sorğuya cavab olaraq bildirildi ki, daxil olan müraciət əsasında bağçada yoxlama keçirilib. Baxış zamanı məhsulların temperatur rejiminə, mal qonşuluğuna və istifadəyə yararlılıq müddətlərinə əməl olunduğu, istehlaka təqdim edilən çiy mal ətindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində isə hər hansı uyğunsuzluğun aşkar olunmadığı müəyyən edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirib ki, bağçanın sabiq aşpazları ilə yenidən əmək müqaviləsinin bağlanması onların işlədikləri müddət ərzində davamlı olaraq nizam-intizam qaydalarını və bağçanın normal iş rejimini poemaları ilə əlaqədardır. bizim.media
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























