Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Təhsildə gender bərabərliyi

Tarix: 14-01-2026 16:35     Baxış: 3347 A- / A+
“Əgər qadınlara kifayət qədər səhiyyə, təhsil və iş imkanları təqdim etmirsinizsə, potensialınızın yarısını itirəcəkdir. Gender bərabərliyi və qadın hüquqları iqtisadi inkişafın təməlidir”. 
  
                                                                          Michelle Bachelet


M
üasir dövrdə Azərbaycan qadınlarının cəmiyyətdə baş verən sosial –siyasi proseslərdə fəal iştirakının zəruriliyi təhsil sistemində gender bərabərliyinə nail olmağı mühüm vəzifə kimi qarşıya qoymaqdadır. Ona görə də hər bir cəmiyyətin demokratik dəyərlərə malik olması onun qadına və onun azadlığına dəyərlə də ölçülür. Bu baxımdan da qadınların və kişilərin bərabər hüquqlu  münasibətlərdə olması  ilə yanaşı bu istiqamətdə təhsil-tədris və tərbiyə sahəsində həlli vacib olan işlərin görülməsi ümumi təhsilə yeni baxışın formalaşmasına imkan yaradır. Təhsil və tərbiyə sisteminə gender (kişi və qadınlar) bərabərliyinin gətirilməsi cəmiyyətin bütün sahələrində - siyasi, sosial-iqtisadi, mədəni məqsədlərinə daha tez və uğurla çatmasına kömək edir. Məhz, bu səbəbdən də təhsildə gender bərabərliyinə nail olmaq və qadınların imkanlarının genişləndirilməsini mühüm vasitələrindən biri kimi qiymətləndirmək lazımdır. Bunu da qeyd edək ki, “Gender bərabərliyinin təminatı haqqında” “Qanun”da təhsildə gender bərabərliyinin təsbit olunması öz əksini tapmışdır. Bu “Qanun”un aşağıdakı maddələrində deyilir: 13.1 “Dövlət kişi və qadınlara təhsil hüququnun həyata keçirilməsi üçün bərabər imkanların yaradılmasını təmin edir.  13.2. İşəgötürən kişi və qadınlara kişi və qadınlara əsas və əlavə təhsil almaq, təhsillə bağlı məzuniyyət hüququndan istifadə etmək üçün bərabər şərait yaratmalıdır. 13.3. Dövlət mülkiyyət növündən asılı olmayaraq, bütün tədris müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 13.4.  Dərsliklər gender  bərabərliyi prinsipinə əsaslanmalıdır.” 
Təhsildə gender bərabərliyindən bəhs edərkən ixtisas seçimində gender balansının pozulması gələcək fəsadlara yol açması şübhəsizdir. Ali təhsil sahəsində aparılmış tədqiqatlara əsasən aydın olmuşdur ki, oğlanların əksəriyyəti texniki və iqtisadi, qızlar isə humanitar və pedaqoji ixtisaslara üstünlük verirlər.  Belə ki, sosiologiya, pedaqogika, psixologiya ixtisasları üzrə təhsil alanların böyük əksəriyyəti qızlardır. Pedaqogika  və tibb sahələrinə qızların daha çox meyl etməsi, oğlanların isə  bu peşələri qeyri -kişi peşəsi kimi qəbul etmələri gələcəkdə  təhsilin ilkin və sonrakı mərhələlərində gender balansının pozulmasından xəbər verir.
Ümumilikdə deyə bilərik ki, təhsildə Gender (kişi və qadınlar) proqramlarının tam icrasının asanlaşdırmaq üçün müsbət bir mühitin olması vacibdir.   Belə bir mühitin orta məktəblərə də şamil edilməsi təhsildə mühüm məsələlərdən biri kimi qəbul olunmalıdır. Məktəb rəhbərliyinin edə biləcəklərinə isə aşağıdakılar daxil ola bilər;
  • 1. Gender təhsilinə həvəsləndirmək və dəstəkləmək.
  • 2. Gender təhsilinin tətbiqi və gənclərin ehtiyaclarını həll etmək üçün uyğun şəraitin yaradılması.
  • 3. Müəllimlər şagirdləri öyrənməli, kəşf etməli və onların psixoloji keçid mərhələlərində öz məsləhətlərini əsirgəməməlidirlər.
  • 4. Cinsiyyət kimliyindən asılı olmayaraq gender bərabərliyi və ayrıseçkiliyə yol verilməməsini  məktəb üzrə təbliğ etmək və bütün  şagirdlərin hüquqlarına hörmətlə yanaşmaq.
  • 5. Gender təhsilini təmin etmək üçün məktəbi etibarlı bir mühit halına gətirmək.
Bunu da xüsusilə qeyd edək ki, bu prosesdə valideyinlər əsas dəstəkləyici qüvvə rolunda çıxış edir. Nəzərə alsaq ki, patriarxal (ailədə kişi hökmranlığı) adət-ənənələrin hökm sürdüyü cəmiyyətdə valideyinlər övladları ilə bu tipli mövzuları danışmağa çəkinir, həmin o ənələrin gətirdiyi düşüncə ilə bu mövzuların danışılmasının  onların övladlarını (pozacağı) qənaətinə gəlirlər. Ona görə də, prosesə mane olmadan valideyinlərin də belə mövzularda  iştirakını təmin etmək lazımdır. Valideyinlər xüsusilə bu mövzularda söhbətləri istəməyən digər valideylərlə dialoq qurulmasına kömək edə biləcək əsas tərəflərdən biridir. Bütün bu qeyd edilənləri nəzərə alaraq demək olar ki, gender bərabər cəmiyyətin qurulması, erkən nigah kimi tanınan  uşaqların istismar edilməsinin, gender əsaslı zorakılığın qarşısının alınması üçün orta məktəblərdə gender təhsili vacib məsələlərdən biridir.  Bütün bunlarla yanaşı onu deyə bilərik ki, gender mövzularının və təlim məqsədlərinin hədəfləri uşaq və gənclər arasında münasibətlərin  qarşılıqlı ləyaqət əsasında formalaşmasını, cinsi və sosial münasibətlərə təsir edən dəyərləri, sosial- mədəni norma və hüquqları araşdırmaq imkanı  verməklə yanaşı həyat bacarıqlarının da əldə edilməsini təbliğ etməkdir.
 













Samirə Şaqavatova
AMEA-nın doktorantı, 
Sənaye və Yüksək Texnologiyalar üzrə 
Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar