Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Bu ixtisaslar üzrə qabiliyyət imtahanı fənlərinin sayı azaldıldı

Tarix: 18-12-2025 18:11     Baxış: 3101 A- / A+


Tam orta (11 illik) təhsil bazasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət kollecinin rəngkarlıq (sahələr üzrə), qrafika üzrə texnik, teatr dekor sənəti, dekorativ – tətbiqi sənət (sahələr üzrə) və dizayn (sahələr üzrə) ixtisasları üzrə qabiliyyət imtahanı fənlərinin sayı azaldılıb. Qeyd olunan ixtisasların daxil olduğu 1601 kodlu qabiliyyət imtahanı komissiyası üzrə qeydiyyatdan keçmiş abituriyentlər 2026-cı ildə yalnız rəsm fənnindən imtahan verəcəklər.
Bu barədə DİM-dən məlumat verilib.
Heykəltəraşlıq ixtisasının daxil olduğu 1701 kodlu qabiliyyət imtahanı komissiyası üzrə fənlərin sayında dəyişiklik olmayıb. Abituriyentlər tam orta (11 illik) təhsil bazasında heykəltəraşlıq ixtisasına daxil olmaq üçün rəsm və yapma fənlərindən qabiliyyət imtahanı verəcəklər.
Təsviri sənət və memarlıq istiqamətlərinin ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları haqqında bütün məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Təsviri sənət/Memarlıq” adlı vəsaitdə nəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və internet saytını izləmək tövsiyə olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar