Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Bu tələbələr universitetdən xaric ediləcək - AÇIQLAMA

Tarix: 18-12-2025 09:08     Baxış: 466 A- / A+

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında xüsusi yoxlama alqoritmləri bəzi abituriyentlərin cavablarını şübhəli hesab edib. Araşdırmalar nəticəsində Gəncə şəhərində keçirilən qəbul imtahanında bir qrup abituriyentin üzərində qadağan olunmuş texniki vasitələr aşkarlanıb. İstintaq materiallarına əsasən, Kamran Əsədov və digər təqsirləndirilən şəxslər abituriyentlərin imtahanlardan asan keçməsi üçün onlardan pul alaraq qadağan olunmuş cihazlardan istifadə etməyə kömək göstəriblər.  
Belə olan halda həmin tələbələrin aqibəti necə olacaq? Əgər ötən illərdə də belə hallar baş veribsə, artıq məzun olmuş şəxslərin diplomları ləğv olunacaqmı?
Manevr.az xəbər verir ki, sabiq deputat, təhsil eksperti Etibar Əliyev azxeber.com-a açıqlamasında deyib ki, qanunsuz əməllər törədən abituriyentlərin imtahan nəticələri ləğv olunur:
"Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli, 193 nömrəli qərarı ali məktəblərə tələbə qəbulu ilə bağlı məsələləri tənzimləyir. Həmin qərarda açıq şəkildə göstərilir ki, abituriyent imtahana kalkulyator, elektron cihazlar, köçürmə vərəqləri, cədvəllər və digər qadağan olunmuş vasitələrlə daxil olarsa, onun imtahan nəticələri şübhəsiz ləğv edilir. Bu proses çərçivəsində adı çəkilən abituriyentlərin nəticələri birbaşa ləğv olunacaq. Əgər həmin şəxslər artıq tələbə adı qazanıblarsa, universitetlərdən xaric ediləcəklər. Çünki onlar saxta yolla və dövlət qanunlarını pozaraq ali təhsil müəssisələrinə daxil olublar".
Sabiq deputat vurğulayıb ki, sözügedən proses valideynlər üçün dərs olmalıdır:
"Bütün bu faktlar və əvvəllər də baş vermiş barışmaz və neqativ hallarla mübarizədə Dövlət İmtahanları Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin bu prosesdə peşəkar fəaliyyəti xüsusi qeyd olunmalıdır. Hesab edirəm ki, bu proses valideynlər üçün də mühüm mesajdır. Onlar avantürist vədlərə inanaraq bu cür qanunsuz yollara qoşulmamalıdırlar. Əgər övladların biliyi zəifdirsə, valideynlər peşə təhsili müəssisələrinə üstünlük verməlidirlər. Peşə təhsilinə hazırda böyük tələbat var".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar