Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Dərs vaxtı bu müəllimlərə məzuniyyət veriləcək

Tarix: 10-12-2025 15:16     Baxış: 349 A- / A+

Dərs vaxtı bu müəllimlərə məzuniyyət veriləcək


Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyəti işə qəbul olunduqları tarixdən asılı olmayaraq, bir qayda olaraq məktəblərdə yay tətili dövründə verilir.

Manevr.az-ın xəbərinə görə, modern.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov qeyd edib ki, məsələyə birinci belə yanaşmaq lazımdır ki, bütün sahələrdə işçilərə onların işlədiyi müddət nəzərə alınaraq ilin müxtəlif vaxtlarında məzuniyyət verilir.

“Yalnız təhsil sahəsində biz bunu görmürük və buna görə də bu məsələnin hər kəs üçün nəzərə alınmasına ehtiyac var. Bu, əslində çox vacib və önəmli bir məsələdir. Müəllimlərin də hüquqları tam təmin olunmalı və bərqərar edilməlidir. Yəni, müəllimlər də ilin müxtəlif vaxtlarında məzuniyyətə çıxa biləcəklər”.
Deputat diqqətə çatdırıb ki, burada söhbət əsasən tam ştatla çalışan müəllimlərdən gedəcək:

“Hesab edirəm ki, prosesdən asılı olaraq bu qayda həm universitetlərdə, eləcə də məktəblərdə tətbiq oluna bilər. Zənnimcə, dərs mühitini və tədris şəraitini pozmadan belə bir addımın atılması mümkündür. Bu proses elə tənzimlənə bilər ki, kimin hansısa işi, fəaliyyəti, yaxud ailə ilə bağlı ehtiyacı yaranarsa, məzuniyyətə çıxması mümkün olsun”.

C.Məmmədov həmçinin vurğulayıb ki, bu səbəbdən narahatlığa heç bir əsas yoxdur və sözügedən məsələ praktik şəkildə həyata keçirilə bilər:

“Amma burada ən vacib məsələlərdən biri tədris prosesinin pozulmaması və buna şərait yaradılmamasıdır. Təbii ki, məktəblərimizdə və universitetlərimizdə kifayət qədər müəllim var və ehtiyac yaranarsa, bir müəllim digərini əvəz edə bilər. Sadəcə qeyd etdiyim istiqamətlər və məsələlər mütləq şəkildə nəzərə alınmalıdır ki, ümumi proses zərər görməsin”,- deyə o qeyd edib.
Qeyd edək, layihəyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyəti işə qəbul olunduqları vaxtdan asılı olmayaraq məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində verilə biləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar