Xəbər lenti
Təhsil Cəmiyyətinin 35 illik yubileyi qeyd edilib -FOTOLAR

Azərbaycan Texniki Universitetində Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin 35 illik yubiley tədbiri keçirilib. Tədbirdə 250-ə yaxın təhsil ictimaiyyəti - Bakı Qızlar Universitetinin rektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Tələbə Təhsil Kredit Fondunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Tibb Universitetinin, QHT-lərin nümayəndələri məktəb rəhbərləri, müəllimlər iştirak ediblər.
Manevr.az xəbər verir ki, AMK nəzdində İncənət Gimnaziyasının xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi yad edilib.
Tədbirin moderatoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq magistratura və doktorantura mərkəzinin elmi rəhbəri Zərifə Əlixanova qonaqları salamlayıb, tədbiri açıq elan edib.
Təhsil Cəmiyyəti İdarə Heyətinin sədri Murad Ağalarov qeyd edib ki, tədbirin əsas məqsədi 35 illik yubileyini qeyd edən Təhsil Cəmiyyətinin fəaliyyətinə nəzər salmaq, uzun illər ərzində əldə etdiyi uğur və nailiyyətləri geniş ictimaiyyətə təqdim etməkdir. O, Cəmiyyətin yaranma tarixi, məqsədləri və 35 il ərzində həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Bildirib ki, Cəmiyyətin əsas missiyası təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllim və tələbələrin inkişafına dəstək göstərilməsi, eləcə də maarifçilik ənənələrinin gücləndirilməsidir. Murad Ağalarov həmçinin gələcəkdə təhsildə innovativ yanaşmaların təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əsas hədəflərdən biri olduğunu vurğulayıb.
Sonra söz Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzazadəyə verilib. O, Təhsil Cəmiyyətinin illər ərzində müəllimlərin peşəkar inkişafına, tədrisin keyfiyyətinin artırılmasına və təhsil ictimaiyyəti arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrin vacibliyini qeyd edib. Elm və Təhsil Nazirliyi adından Təhsil Cəmiyyətinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra tarix elmləri doktoru, professor, kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosasiyasının prezidenti Fuad Məmmədov çıxış edərək təhsilin mədəniyyətin əsas tərkib hissəsi olduğuna, Təhsil Cəmiyyətinin təhsilə xidmət etməklə, həm də mədəniyyətə xidmət etdiyinə diqqət çəkib, bu qurumun mədəniyyət və təhsil sahəsindəki roluna, eləcə də müəllim və tələbələrdə maarifçilik və maddi-mənəvi dəyərlərin formalaşmasındakı fəaliyyətinə toxunub. O, Cəmiyyətin həm elmi, həm də mədəni təşəbbüslərinin təhsilin inkişafına verdiyi töhfələri, təhsilin inkişafında və maarifçilik ənənələrinin qorunmasında oynadığı rolu xüsusi vurğulayıb və belə tədbirlərin gələcək nəsillər üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Tədbirdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Dil hazırlığı kafedrasının rəisi, polis polkovniki Elçin Orucov Akademiyanın rəisi general-mayor Canpolad Daanovun Təhsil Cəmiyyətinin 35 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin 35 illik yubileyinin “Zəfər Günü” ərəfəsinə təsadüf etməsinin tədbirin əhəmiyyətini daha da artırdığını bildirib. Məruzəçi Cəmiyyətin fəaliyyətinin gənc nəslin formalaşmasında, vətənpərvərlik və vətəndaş məsuliyyəti kimi dəyərlərin aşılanmasında əhəmiyyətini nəzərə çatdırıb. O, gələcəkdə Polis Akademiyası ilə Təhsil Cəmiyyəti arasında əməkdaşlıq imkanlarının artırılması, birgə layihələrin təşkili və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni təşəbbüslərin keçiriləcəyinə ümid etdiyini bildirib.
Təhsil Cəmiyyətinin 90-cı illərdə İdarə Heyətinin sədr müavini olmuş Ağalar Əliyevin çıxışı da yaddaqalan olub. Onun çıxışında o dövrdə Cəmiyyətin fəaliyyəti, təhsil sahəsindəki təşəbbüsləri və tələbələrə verdiyi dəstək qeyd olunub, eləcə də Cəmiyyətin tarixi və davamlı inkişafının əhəmiyyəti vurğulanıb.
Tədbirdə həmçinin Təhsil Cəmiyyəti İdarə Heyətinin üzvü Reyhan Mənəfova, üzvlər Taleh Şahməmmədli, Zeynəb Həcəmova, Lənkəran koordinatoru Leyla Məmmədova çıxış edərək Azərbaycan Respublikası Təhsil Cəmiyyəti haqqında yüksək fikirlər söyləyiblər, Cəmiyyətin təhsil ictimaiyyətinin birliyinin qorunmasında mühüm rol oynadığını, 35 illik yubileyin onlar üçün bayram olduğunu qeyd ediblər və təbriklərini çatdırıblar.
Tədbirin bədii hissəsində Təhsil Cəmiyyətinin fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən qısa video təqdimat nümayiş olunub. AMK nəzdində İncəsənət gimnaziyasının şagirdləri Qara Qarayevin “Vals”ını ifa ediblər, müğənni Mehranə Vəliqızının ifasında “Çırpınırdı Qara dəniz”, Zəminə Elmanın ifasında “Zəfər nəğməsi” mahnıları, Fərahim Sadiqin ifasında “Azərbaycan əsgəri” şeiri dinlənilib, sonda Təhsil Cəmiyyətinin fəal üzvlərinə fəxri fərmanlar, yeni üzvlərin “üzvlük vəsiqə”ləri təqdim edilib.
Manevr.az













Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































