Sizin Reklam Burada
Xəbər lenti
23-10-2025
22-10-2025
BÜTÜN XƏBƏRLƏR

DİM sədri Məleykə Abbaszadə hansı xidmətin ödənişli olacağının ANONSUNU VERDİ

Tarix: 23-10-2025 23:35     Baxış: 435 A- / A+
"Biz hər ay peşə testlərini açıq şəkildə ictimaiyyətə təqdim edirik. Qeydiyyatdan keçən şagirdlər və abituriyentlər gəlib bu testlərdən keçə bilirlər".

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, hazırda testlər DİM-in binasında keçirilir, lakin yaxın müddətdə platformanın onlayn versiyası da istifadəyə veriləcək:

"Yaxın vaxtlarda testləri onlayn formada təqdim etməyi planlaşdırırıq ki, hər kəs evdən keçə bilsin. Əsas şərt budur ki, cavabları verən şəxs səmimi olsun və testləri başqasına tapşırmasın. Əks halda, insan yalnız özünü aldatmış olur. Bu testlər diaqnostik xarakter daşıyır. Daha geniş və fərdi məlumat almaq istəyənlər mərkəzin psixoloqlarına müraciət edə bilərlər".

Məleykə Abbaszadə qeyd edib ki, testdən sonra psixoloqlarla individual məsləhət almaq mümkündür, lakin hələlik bu xidmətə müraciət edənlərin sayı azdır.

Testlərin müddəti və sualların həcminə gəlincə, DİM sədri bildirib ki, bu testlər ciddi elmi əsaslarla hazırlanıb və onların "yüngülləşdirilməsi" məqsədəuyğun deyil:

"Həkimə gedəndə dəqiq diaqnoz istəyirsinizsə, müxtəlif müayinələrdən keçmək lazımdır. Bu test də həmin prinsipə əsaslanır. Məqsəd sürətli yoxlama deyil, dəqiq nəticədir".

O həmçinin əlavə edib ki, hazırda testlər oflayn şəkildə pulsuz keçirilir, lakin onlayn versiya ödənişli olacaq:

"Hələlik ödənişin məbləği müəyyənləşdirilməyib. Bu məsələ müvafiq orqanlarla razılaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq".

Abituriyentlərin ixtisas seçimi zamanı qarşılaşdığı çətinliklərə toxunan M.Abbaszadə bildirib ki, bir çox hallarda valideynlər və şagirdlər qərarı yanlış verir, nəticədə hətta yüksək bal toplayan abituriyentlər belə qəbul ola bilmirlər.

"Peşə seçimi yalnız toplanan bala görə yox, həm də maraq və istəyə uyğun olmalıdır. Peşə testlərinin keçirilməsinin məqsədi də məhz budur - uşaqlar öz meyillərinə əsasən peşə seçsinlər".
Onun sözlərinə görə, hazırda Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzləri (AMM) bu sahədə ödənişsiz xidmət göstərir:

"Bu mərkəzlərdə süni intellekt tətbiq olunmur, məsləhətlər birbaşa mütəxəssislər tərəfindən verilir. Artıq 9 ali təhsil müəssisəsində belə mərkəzlər yaradılıb və abituriyentlər istənilən vaxt müraciət edə bilərlər".

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar