Sizin Reklam Burada
Xəbər lenti
17-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yeni institutlar yaradıla bilər

Tarix: 17-10-2025 17:39     Baxış: 438 A- / A+
Azərbaycanda yeni institutlar yaradıla bilər
"Azərbaycanda dövlət-özəl tərəfdaşlığı (PPP) sahəsində yeni institutların yaradılması nəzərdən keçirilir".

Manevr.az
"report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparatında Layihələrin idarə olunması şöbəsinin Dövlət-Özəl Tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət Bakıda keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda PPP hələ inkişafın ilkin mərhələsindədir və bəzi dövlət qurumlarının nümayəndələri, eləcə də özəl tərəflər və investorlar bu mexanizm barədə kifayət qədər məlumatlı deyil: "İqtisadiyyat Nazirliyi bu sahədə Asiya İnkişaf Bankı (ADB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə sıx əməkdaşlıq edir. Bu təşkilatların təcrübəsindən yararlanmaq bizim üçün böyük üstünlükdür. Azərbaycanda artıq xüsusi PPP bölməsi mövcuddur və gələcəkdə bu sahədə daha təsirli institutların yaradılması nəzərdən keçirilə bilər".

T.Vüsət əlavə edib ki, son üç ildə əsas diqqət maarifləndirmə işlərinə yönəlib: "PPP çox faydalı alətdir, lakin onu düzgün idarə etməyi bacarmaq vacibdir. Əks halda, fayda gətirmək əvəzinə zərər verə bilər. Bu səbəbdən dövlət qurumlarının bu sahəni yaxşı bilən mütəxəssislərlə işləməsi mühüm əhəmiyyət daşıyır".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar