Xəbər lenti
Elm və Təhsil Nazirliyində yüksək vəzifəyə təyinat

Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İdarə Heyətinə sədr əvəzi təyin olunub.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinin icrası Bayramlı İlqar Şakir oğluna tapşırılıb.
Qeyd edək ki, bundan əvvəl Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vəzifəsindən azad edilib.
İlqar Bayramlı 2024-ci ilin aprel ayında Emin Əmrullayevin müvafiq əmri ilə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinə müdir təyin edilib. O, Ali Hərbi Məktəbdə müəllim, baş müəllim, "Neftçi" PFK MMC-də maliyyə şöbəsinin rəisi vəzifəsində çalışıb. Bundan başqa, "Alyans Tekstil" MMC-də direktor, "Capital Motors" MMC-də maliyyə direktorunun müavini və direktor vəzifələrində fəaliyyət göstərib.
Bir müddət "Təmiz qaz" QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri kimi fəaliyyətini davam etdirən İlqar Bayramlı Ağsu rayonunda "Azqranata" MMC-də maliyyə departamentinin direktoru vəzifəsində də işləyib. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar