Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda bir sıra musiqi və incəsənət məktəblərinin adları dəyişdirilib

Tarix: 06-10-2025 13:25     Baxış: 471 A- / A+


Naxçıvanda bir sıra musiqi və incəsənət məktəblərinin adları dəyişdirilib
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinin mövcud təcrübəyə əsaslanaraq adları dəyişdirilib.
Manevr.az apa-ya istinadla xəbər verir ki, bununla bağlı olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən 9 musiqi məktəbinin adı aşağıdakı kimi dəyişdirilib:
1. “Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi”nin adı dəyişdirilərək “Naxçıvan Şəhər 2 nömrəli İncəsənət Məktəbi”;
2. “Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbi”nin adı dəyişdirilərək “Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli İncəsənət Məktəbi”;
3. “Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi”nin adı dəyişdirilərək “Naxçıvan Şəhər Ərtoğrol Cavid adına 6 nömrəli İncəsənət Məktəbi”;
4. “Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbi”nin adı dəyişdirilərək “Şərur Şəhər Bəhruz Kəngərli adına İncəsənət Məktəbi”;
5. “Ordubad Şəhər Uşaq Musiqi Məktəbi”nin adı dəyişdirilərək “Ordubad Şəhər İncəsənət Məktəbi”;
6. “Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbi”nin adı dəyişdirilərək “Qıvraq Qəsəbə İncəsənət Məktəbi”;
7. “Şahbuz Rayon Uşaq Musiqi Məktəbi”nin adı dəyişdirilərək “Şahbuz Şəhər İncəsənət Məktəbi”;
8. “Babək Rayon Uşaq Musiqi Məktəbi” adı dəyişdirilərək “Babək Şəhər İncəsənət Məktəbi”;
9. “Culfa Şəhər Uşaq Musiqi Məktəbi”nin adı dəyişdirilərək Culfa Şəhər İncəsənət Məktəbi” adlandırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar