Sizin Reklam Burada
Xəbər lenti
24-09-2025
BÜTÜN XƏBƏRLƏR

Müəllimlərin savadlanması üçün 3 milyon manat ayrıldı

Tarix: 25-09-2025 12:01     Baxış: 428 A- / A+

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən məktəblərin müəllim, metodist, ümumilikdə isə pedaqoji və idarəetmə heyətinin bilik və bacarıqlarının artırılmasına 2,8 milyon manat vəsait ayrılıb.
Manevr.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, İnstitut bununla bağlı bir neçə təhsil şirkəti ilə yeni müqavilələr bağlayıb.
Belə ki, "Alqoritmika Azərbaycan" ilə bağlanılmış müqavilədə ibtidai sinif müəllimlərinin riyaziyyat fənni üzrə təkmilləşdirilməsi sahəsində təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu layihənin maliyyə dəyəri 600 325 manat müəyyənləşib.
İnstitut inkluziv təhsilin təşkili istiqamətində ixtisasartırma və müasir metodik xidmətin təşkili üzrə metodistlər üçün ixtisasartırma təlimlərinin keçirilməsini Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinə həvalə edib və onunla 907 000 manat dəyərində müqavilələr bağlayıb.
Təhsil İnstitutu Peşəkar Təlim və İnkişaf Mərkəzi Əlavə Təhsil Müəssisəsi ilə isə 4 nəhəng müqavilə bağlayıb ki, burada lisey və gimnaziyalara qəbul prosesinin təşkili və keçirilməsi, ümumi təhsil müəssisələrində metodist hazırlığı üzrə ixtisasartırma təlimlərinin keçirilməsi, istedadlı şagirdlərlə işin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi və məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin keçirilməsi nəzərdə tutulur. İnstitutun müəssisə ilə bu istiqamətdə bağladığı müqavilələrin dəyəri isə 886 690 manat müəyyənləşib.
Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üzrə ixtisasartırma təlimlərini isə Savad Mərkəzi keçəcək. İnstitut bunun müqabilində müqavilə bağlayaraq mərkəzə 216 000 manat ödəniş edib.
İnstitutun Azərbaycan Müəllim İnkişaf Mərkəzi ilə bağladığı müqavilədə isə təlim prosesində texnologiyalardan effektiv istifadə üzrə ixtisasartırma təliminin keçirilməsi nəzərdə tutulur ki, bunun da maliyyə dəyəri 36 000 manat müəyyənləşib.
Ümumi təhsil müəssisələrində öyrənmə mühitinin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi Təhsildə Araşdırma və İnkişaf Mərkəzinə həvalə olunub ki, bununla da bağlı 72 000 manat dəyərində müqavilə bağlanılıb.
Şagirdlərin sosial emosional sağlamlığı və təhlükəsizliyinin təşkilinə müasir yanaşmalar üzrə ixtisasartırma təlimlərini isə Psixologiya Elmi-Tədqiqat İnstitutu həyata keçirəcək. Bu isə Təhsil İnstitutuna 90 000 manata başa gələcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar