Xəbər lenti
Zamanin və mühitin fövqündə dayanan şəxsiyyət -FOTOLAR

Ulu Tanrının köməyi ilə özünə
xalq məhəbbəti qazanasan".
Məhəmməd peyğəmbər
Daxilən gözəl, mənəvi cəhətdən zəngin olan insanlar hörmət və ehtirama layiqdirlər. Səliqə müəllimə də mənəvi cəhətdən zəngin, daxilən gözəl insanlardan biridir. Bu da onun şəxsiyyətinin, mənəvi dünyasının, işıqlı ürəyinin böyüklüyündən xəbər verir. Məhiz ona görə də Səliqə müəllimədə xeyirxahlıq, alicənablıq, mərdlik və s. kimi müsbət xüsusiyyətlər özünü tez - tez büruzə verir. Və o bir şəxsiyyət kimi ən təmiz hiss və arzularıyla, əməllərilə tanınır, əsl insan kimi sevilir.
Dediyi sözləri, görəcəyi işlərlə uyğunlasdırmağı bacaran, məktəb direktorunun müavini kimi çalışan Səliqə müəllimənin adı Azərbaycan təhsilində, gənclərin təlim- tərbiyəsində xidmətləri olan şəxsiyyətlərdən söhbət düşəndə hörmətlə çəkilir.
Uzun illərdir Zərdab şəhəri, Zərdabi adına bir saylı litsey məktəbdə direktor müavini, həm də Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışan Səliqə müəllimə Azərbaycanın qabaqcıl ziyalılarındandır. Azərbaycan Pedaqoji cəmiyyətindəki hər bir şəxs o böyük insanı, işıqlı ziyalını yaxşı tanıyır. Hətta onu tanımayanlar da, ancaq haqqında eşidənlər də onun fəaliyyətindən, nüfuzlu bir ziyalı kimi millətə, vətənə xidmət etməsindən məhəbbətlə söhbət açırlar.
Kiçik bir xatırlatma: 1963- cü ildə Zərdab rayonunun Körpükənd kəndində ziyalı ailəsində anadan olub. 1971-1978- ci illərdə Xasa kənd səkkizillik məktəbində oxuyub. Atası Oruc müəllimin sənətini davam etdirmək onun ən böyük arzusu idi. O, bu arzu ilə də sənədlərini Ağdaş Pedaqoji Texnikumunun ibtidai sinif müəllimi fakültəsini verib və oranı əla qiymətlərlə bitirərək Zərdab rayonunun ən ucqar kəndi olan Sileyli kəndində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdır.
Səliqə müəllimə 1983- cu ildə işləyə -isləyə sənədlərini V.İ.Lenin adına APİ - nin filologiya fakültəsinin qiyabi şöbəsinə verib və instituta qəbul olub.
Təhsilini başa vurandan sonra Xasa səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərməyə başlayıb. Körpülü kənd orta məktəbində və işlədiyi səkkizillik məktəbinin her ikisində Komsomol təşkilat katibi kimi də çalışıb.
Mənalı və şərəfli bir ömür yolu yaşayan Səliqə müəllimə mütəmadi olaraq " Azərbaycan gəncləri", " Pambıqçı", " Sovet kəndi" qəzetlərində məqalələrlə çıxış edirdi.
1988- ci ildə institutu bitirib ailə həyatı quran Səliqə xanım ailə vəziyyəti ilə əlaqədar olaraq 1991- ci ildə rayon mərkəzinə köçmüş, Maksim Qorki (indiki Həsən bəy Zərdabi) adına bir saylı məktəbdə işə başlamışdır.
1996- cı ildən fəal müəllim kimi ibtidai siniflər üzrə direktor müavini vəzifəsinə irəli çəkilmişlər. 2015- ci ildən bu günə qədər bu vəzifədə işləməklə yanaşı, Azərbaycan dili və ədəbiyyat müəllimi kimi də fəaliyyətini davam etdirmişdir. Üc kitab müəllifidir.
Səliqə müəllimənin keçdiyi mənalı həyat yolu uğurlu, işıqlı yoldur. Hər dəfə institut müəllimlərini xatırlayanda deyir: "Bizim görkəmli müəllimlərimiz olub. İsmayıl Şıxlı, Həsən Mirzəyev, Mürsəl Həkimov, Himalay Qasımov, Hacıbaba Əzimov kimi saf, təmiz vicdanlı alimlərdən həm elmin sirlərini öyrənmişəm, həm də həyat dərsi almışam".
Səliqə müəllimə böyük nüfuz sahibi, tanınmış pedaqoq, sözün əsl mənasında xalqını, vətənini, şagirdlərini, müəllim kollektivini sevən direktor müavinidir.
Haşiyə: Səliqə müəllimə deyir ki, dünya şöhrətli Nyutondan soruşurlar ki, elimdə belə nəhəng gorunməyinizin səbəbi nədir? O, tərəddüd etmədən, iftixarla demişdir. " Mən müəllimim Dekartın çiyinləri üzərində dayanmışam". - Nyuton sevimli müəllimi Dekartı dünyanın ən uca dağına - Comolunqa zirvəsinə bənzətmiş, özünü bu zirvədə dayanan şəxs kimi təsəvvür etmişdir.
Min nəfərə yaxın şagirdi olan bir məktəbin direktor müavini kimi çalışan Səliqə müəllimə pedaqoji kollektivdə böyük nüfuz sahibidir. Müəllim adını hörmətlə yanaşır. O deyir: "Müəllim adı yüksəkdir. Müəllimlərim mənim üçün qibləgahdır. Həyatımda ilk dəfə yazı taxtasına muncuq kimi düzülən təriflər, sonsuz həyat yoluma, ömür yoluma çevrilib. Həyatda nə qazanmışamsa valideyinlərimə və müəllimlərimə borcluyam".
Şərəfli bir həyat məktəbi keçən Səliqə xanım müəllim həyatına, ziyalı işığına hörmət bəsləyir. İnsanların taleyini, şagirdlərin gələcəyini düşünən, vətənin yaralarına məlhəm olan, intellektual səviyyəyə malik olan şəxs kimi böyük nüfuz sahibidir.
O, mənim nəzərimdə hər şeydən əvvəl yer üzünün əşrəfi sayılan insanlardan,eyni zamanda,o zamanın və mühitin fövqündə dayanan, heç kimin və heç nəyin dəyişdirə bilmədiyi bir şəxsiyyətdir.
Səliqə müəllimə 2024- cü il Azərbaycan Respublikası Milli Məclisinə 95 saylı Ucar-Kurdəmir - Zərdab seçki dairəsindən Yeni Azərbaycan Partiyasının fəalı kimi yeddinci çağırış deputatlığa namizəd seçilmişdir.
Üç övladı var, həyat yoldaşı uzun illər polis orqanlarında çalışıb, müharibə veteranıdır!
Və ən nəhayət, demək istəyirəm ki, Səliqə müəllimə qəlbinin, ürəyinin işığıyla yeniyetmə və gəncləri haqq yoluna çağırır, onların yolunu işıqlandırır, cəmiyyət üçün gərəkli və layiqli övladlar hazırlayır, onların qayğı və problemlərilə maraqlanır, bir müəllimə kimi, ziyalı kimi bilik və bacarığını millətin balalarından əsirgəmir.
Hüseyn İSAOĞLU, yazıçı - publisist,
AYB-nin və AJB-nin üzvü.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar