Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

51 ölkədə 100 nəfər azərbaycanlı təhsil alacaq

Tarix: 22-09-2025 10:29     Baxış: 323 A- / A+

51 ölkədə 100 nəfər azərbaycanlı təhsil alacaq


Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyinin birgə icra etdiyi "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramının 2025-2026-cı tədris ili üzrə namizədlərin seçimi prosesi başa çatıb.
Manevr.az xəbər verir ki, bu barədə hər iki nazirlik birgə məlumat yayıb.
Qeyd olunub ki, proqrama müraciət edən 64 ölkədən yüzlərlə namizəd sırasından 51 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.
Seçilən namizədlər əsasən ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Xəzər Universiteti olmaqla Azərbaycanın 9 ali təhsil müəssisəsində müxtəlif təhsil səviyyələrində təhsil alacaqlar.
Qeyd edək ki, bu proqrama əsasən, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələr, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələr və xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycanın ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri üzrə təhsil almaları nəzərdə tutulub.
Sözügedən proqramın şərtlərinə əsasən, illik əsasda 100, ümumilikdə 500 nəfər xarici ölkə vətəndaşları üçün təhsil qrantının ayrılması nəzərdə tutulur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar