Xəbər lenti
Hansı universitetlərdə dərslər 4 gün olacaq?

Manevr.az-ın məlumatına görə, Bizim.Media mövzuyla əlaqədar bəzi universitetlərə sorğu ünvanlayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib ki, hazırda ADPU-da dərslərin 4 günlük rejimə keçirilməsi planlanmır.
Azərbaycan Texniki Universitetinin (AZTU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərova da bildirib ki, AZTU-da bakalavriat səviyyəsində dərslər 5 gün davam edir və hər hansı dəyişiklik olarsa ictimaiyyətə məlumat veriləcək.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin ( AZMİU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nicat Abdullayev isə qeyd edib ki, 4 günlük dərs qrafikinə keçmək dərs yükünün az olmasıyla əlaqəlidir. Bu, AZMİU-da əvvəlki illərdə olub. Bu il də bəzi ixtisaslarda tətbiq olunur.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Elnur Hadıyev universitetdə bakalavriat səviyyəsində dərs qrafikində dəyişikliyin olmayacağını bildirib. Ancaq magistraturada vəziyyət fərqlidir:
"ADNSU-da bakalavr təhsil səviyyəsində dərslər əvvəlki illərdə olduğu kimi 5 gündür. Yaxın gələcəkdə necə olacağıyla bağlı hələki qərar yoxdur. Ancaq magistraturada isə dərslər I kurslarda həftədə 3 gün, II kurslarda isə 4 gündür”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar