Xəbər lenti 
					
 
		Kəlbəcərdə ilk təhsil zəngi çalınıb

Sentyabrın 15-də işğaldan azad olunan Kəlbəcərdə tikilən ilk ümumi təhsil müəssisəsi olan Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri üçün ilk təhsil zəngi çalınıb.
Bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Bilik günündə Prezidentin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarə və sektor əməkdaşları, məktəb kollektivi, şagirdlər, valideynlər və qonaqlar iştirak ediblər.
İlk dərs günü Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə iştirak edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Kəlbəcərdə ilk təhsil müəssisəsinin fəaliyyətə başlaması, həmçinin yeni tədris ili münasibətilə şagirdləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb, 2025-2026-cı tədris ilində qarşıda duran məsələlərdən danışıb. Sonra Prezidentin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəsi Bəşir Hacıyev də çıxış edərək bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edib.
Tədbir bədii hissə ilə davam edib.
Daha sonra tədbir iştirakçıları yeni tikilmiş məktəbdə tədris prosesi ilə yaxından tanış olublar.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində Kəlbəcər rayonu 1 nömrəli tam orta ümumtəhsil məktəbində 43 şagirddən ibarət 11 sinif təşkil edilib və 14 müəllim burada tədris aparacaq.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















