Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi

Tarix: 15-09-2025 10:50     Baxış: 336 A- / A+
Azərbaycanın 10 milyonuncu sakini kimi dünyaya gələn Mehriban Həsənova bu il məktəbə başlayır.
2019-cu il aprelin 6-da Azərbaycanın əhalisi rəsmi olaraq 10 milyon nəfərə çatıb. Həmin gün dünyaya gələn körpəyə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı verilib. Prezident İlham Əliyev və Birinci xanım ailəni şəxsən təbrik edib, onlara mənzil hədiyyə olunub, körpənin adına isə əlavə maliyyə vəsaiti köçürülüb.
Hazırda məktəbə qədəm qoyan Mehriban ailəsi ilə birlikdə Yasamalda yaşayır. Onun bir bacısı var. Mehriban anasının da işlədiyi 7 nömrəli tam orta məktəbdə təhsil alacaq.
Manevr.az xəbər verir ki, atası Rauf Həsənov AzEdu.az-a açıqlamasında bildirib ki, qızlarının təhsilinə xüsusi diqqət yetirirlər:
“Mehriban indi uşaqdır, həkim olmaq istəyir. Biz gələcəkdə də valideyn olaraq seçimində ona hər zaman dəstək olacağıq”.
Mehriban və onun ailəsinə məktəb həyatında uğurlar arzu edirik!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar