Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Bu məzunların diplomu niyə tanınmır? - Ekspert

Tarix: 11-09-2025 08:56     Baxış: 3100 A- / A+

Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul aparıldıqdan sonra hər il 20-35 min arasında abituriyent müsabiqədən kənarda qalır və onlardan bəziləri xaricdə təhsil almağa üz tutur. Əksəriyyət isə attestatla xaricdə təhsilə üstünlük verir.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi xaricdə attestatla ali məktəbə qəbul olunan tələbələrlə bağlı danışarkən deyib.
Elçin Əfəndinin sözlərinə görə, attestatla qəbul aparan və keyfiyyətli təhsil verən universitetlərin sayı azdır:
“Dünya reytinqində yer alan bir neçə universitet istisna olmaqla, bu ali məktəblərin böyük əksəriyyəti tanınmır. Bu isə o universitetlərin məzunlarının diplomlarının tanınması ilə bağlı ciddi problemlər yaradır. Azərbaycanda qiyabi təhsil ümumiyyətlə tanınmır. Halbuki belə tələbələrin böyük əksəriyyəti qiyabi və ya distant formada oxuyur və nəticədə diplomları Azərbaycan Elm və Təhsil Nazirliyində təsdiqlənmir. Bu isə onların iş tapmaq imkanlarını məhdudlaşdırır”.
Ekspert əlavə edib ki, bu vəziyyət yalnız təhsil sisteminə deyil, həm də ölkənin iqtisadi və sosial sahələrinə təsir göstərir:
“Bu səbəbdən gənclər xaricdə təhsil almaq qərarı verərkən yüz ölçüb, bir biçməlidirlər. Ən yaxşı yol dövlət proqramı ilə təhsil almaqdır. Dövlət proqramına qoşula bilməyənlər isə əyani təhsilə üstünlük verməli, qəbul prosesindən keçməlidirlər”.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar