Xəbər lenti
Bu məzunların diplomu niyə tanınmır? - Ekspert
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi xaricdə attestatla ali məktəbə qəbul olunan tələbələrlə bağlı danışarkən deyib.
Elçin Əfəndinin sözlərinə görə, attestatla qəbul aparan və keyfiyyətli təhsil verən universitetlərin sayı azdır:
“Dünya reytinqində yer alan bir neçə universitet istisna olmaqla, bu ali məktəblərin böyük əksəriyyəti tanınmır. Bu isə o universitetlərin məzunlarının diplomlarının tanınması ilə bağlı ciddi problemlər yaradır. Azərbaycanda qiyabi təhsil ümumiyyətlə tanınmır. Halbuki belə tələbələrin böyük əksəriyyəti qiyabi və ya distant formada oxuyur və nəticədə diplomları Azərbaycan Elm və Təhsil Nazirliyində təsdiqlənmir. Bu isə onların iş tapmaq imkanlarını məhdudlaşdırır”.
Ekspert əlavə edib ki, bu vəziyyət yalnız təhsil sisteminə deyil, həm də ölkənin iqtisadi və sosial sahələrinə təsir göstərir:
“Bu səbəbdən gənclər xaricdə təhsil almaq qərarı verərkən yüz ölçüb, bir biçməlidirlər. Ən yaxşı yol dövlət proqramı ilə təhsil almaqdır. Dövlət proqramına qoşula bilməyənlər isə əyani təhsilə üstünlük verməli, qəbul prosesindən keçməlidirlər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar