Sizin Reklam Burada
Xəbər lenti
30-10-2025
29-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bu il ən aşağı keçid balı hansı ixtisaslarda olub?

Tarix: 07-09-2025 15:17     Baxış: 382 A- / A+
Bu il ən aşağı keçid balı hansı ixtisaslarda olub?
Bu il dövlət universitetlərinə 155, 160 və 177 balla qəbul olanlar olub. Ən aşağı ballar birinci və ikinci ixtisas qruplarında qeydə alınıb.
Manevr.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, aşağı balla qəbul olan bəzi ixtisaslar əmək bazarında tələbatın az olduğu sahələrdir.

Məsələn, birinci ixtisas qrupunda aqrar ixtisaslar üzrə 160 bal, balıqçılıq üzrə isə 168 bal formalaşıb. Ekspert qeyd edib ki, bu sahələrdə ali təhsil almaq zəruri deyil, orta ixtisas və peşə təhsil müəssisələri kifayət edə bilər.

"Dördillik ali təhsil tələb edən ixtisaslar, bazarda artıq kifayət qədər insanın fəaliyyət göstərdiyi sahələrdə sərfəli deyil. Məsələn, meşəbəyi və balıqçılıq sahələri" , - deyə Kamran Əsədov bildirib.

Bəzi ixtisaslarda isə vəziyyət fərqlidir. Ekspertin sözlərinə görə, yüksək tələbat olan sahələrdə ali təhsil diplomu əmək bazarında peşəkarlıq təmin edir. Problem tələbatın çox olduğu sahələr üzrə savadlı kadrların yetişdirilməməsindədir.

"Məsələn, müəllimlik və ya iqtisadiyyat ixtisasları üzrə aşağı balla daxil olmuş tələbələr dörd ildən sonra işə başlayanda peşəkarlıq səviyyələri əmək bazarının tələblərinə cavab verməyə bilər", - deyə ekspert bildirib.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə 61 min plan yeri ayrılmışdı və bunların 57 mini bakalavr tələbələri tərəfindən tutulub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar