Xəbər lenti 
					
 
		Bu məktəblər yeni tədris ilinə başladı
 Bəzi özəl məktəblər artıq yeni tədris ilinə qədəm qoyub.
Bəzi özəl məktəblər artıq yeni tədris ilinə qədəm qoyub.Manevr.az oxu.az-a istinadən xəbər verir ki, ölkəmizdə Bilik Günü sentyabrın 15-də keçirilsə də, ötən ayın sonlarından tədrisə başlayan müəssisələr var.
Beynəlxalq Azərbaycan Məktəbi (TISA) avqustun 30-dan, Bakı Beynəlxalq Məktəbi (BIS) avqustun 21-dən yeni tədris ilinə başlayıb.
"İdrak" liseyinin Bakı filialı, "Evrika" liseyi sentyabrın 1-i, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində sentyabrın 2-də yeni tədris ilinə qədəm qoyulub.
SABIS SUN Beynəlxalq Məktəbinin 5-12 yaş qrupları sentyabrın 1-i, 1-4-cü siniflər sentyabrın 2-dən yeni tədris ilinə başlayıblar.
Bu gün - sentyabrın 3-də Bakı Oksford Məktəbi, Azərbaycan Britaniya Kolleci (ABC), Bakı Beynəlxalq Təhsil Kompleksi (BIEC) və "Kaspi" liseyinin 9, 10, 11-ci sinif şagirdləri üçün Bilik Günü keçirilib.
Xəzər Universiteti Dünya Məktəbində (Bakı filialı) sentyabrın 5-i, Xəzər Universiteti Dünya Məktəbində (Sumqayıt filialı) sentyabrın 12-si açılış tədbiri keçiriləcək.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















