Sizin Reklam Burada
Xəbər lenti
30-10-2025
29-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda təhsil haqqı ən aşağı olan universitetlər açıqlandı

Tarix: 03-09-2025 09:52     Baxış: 3123 A- / A+
Ali təhsil almaq istəyən abituriyentlərin qarşısında duran əsas suallardan biri yalnız qəbul balı deyil, həm də təhsil haqqıdır.
Publika.az xəbər verir ki, Azərbaycanda bəzi universitetlər illik minlərlə manat tələb etsə də, digərlərində cəmi bir neçə yüz manatla diplom qazanmaq mümkündür.
Xüsusilə regionlarda yerləşən dövlət universitetləri və xarici dil müəllimliyi ixtisasları tələbələr üçün ən sərfəli seçimlər hesab olunur.
Bəs bu universitetlər hansılardır?
Təhsil eksperti Kamran Əsədov bildirib ki, Naxçıvan Dövlət Universitetində bəzi ixtisaslarda illik haqq 1 000 manat, Gəncə Dövlət Universitetində 1 200 manat, Mingəçevir Dövlət Universitetində 1 400–1 600 manat, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında isə bəzi ixtisaslarda 200–300 manatdır:
“Dünya təcrübəsinə baxanda, Azərbaycandakı qiymət siyasəti müəyyən mənada balanslıdır. Türkiyənin dövlət universitetlərində illik ödəniş 100–600 dollar civarındadır, özəl universitetlərdə isə 2 000–20 000 dollara qədər qalxır. Gürcüstanda dövlət universitetlərində ödəniş 1 500–3 000 manat, Rusiyada isə federal universitetlərdə 1 000–3 000 dollar aralığındadır. Müqayisədə görünür ki, Azərbaycan dövlət universitetlərindəki ödənişlər region ölkələri ilə eyni səviyyədədir, özəl və beynəlxalq proqramlarda isə Türkiyə və Gürcüstanla rəqabət aparmaq mümkündür”.baku.ws

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar