Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ən yüksək keçid balını o topladı

Tarix: 30-08-2025 10:18     Baxış: 385 A- / A+



I qrup üzrə abituriyent Səmra Mahmudova 692,6 bal toplayaraq ADA Universitetinin Kompüter elmləri ixtisasına qəbul olub.
Manevr.az xəbər verir ki, bu nəticə ilə o, həm də ölkə rekordunu yeniləyib. 
Belə ki, 2025/2026-cı tədris ili üzrə ən yüksək keçid balı məhz ADA-nın Kompüter elmləri ixtisasına aid olub və həmin balı Səmra Mahmudova əldə edib.
Məlum olub ki, Səmra bu ixtisasa imtahanla qəbul olub təhsil alan yeganə tələbə olacaq. Belə ki, sözügedən ixtisas üzrə ayrılmış 30 dövlət sifarişli yerin 29-u Respublika Fənn Olimpiadasının (RFO) qalibləri tərəfindən müsabiqədənkənar tutulub. Qalan bircə yerə isə məhz yüksək bal toplayan Səmra qəbul olub. 
ADA-dakı Kompüter elmləri ixtisası üzrə qəbul olan 29 nəfərdən biri Lənkəran rayonunun Tütəpeştə kəndindən olan Əliyyiəkbər Şirinlidir. 
Xatırladaq ki, bundan əvvəl ölkə üzrə ən yüksək keçid balı 687 bal olub və bu göstərici də BANM-ə aid idi.
Məlumat üçün bildirək ki, bu il müxtəlif yarışlarda yüksək nəticə göstərən 208 nəfər ali təhsil müəssisələrinə müsabiqədənkənar yerləşdirilib.  "qafqazinfo" 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar