Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tələbə olduğunu ofisiant işlədiyi toyda öyrəndi - VİDEO

Tarix: 25-08-2025 12:12     Baxış: 387 A- / A+

Tələbə olduğunu ofisiant işlədiyi toyda öyrəndi - VİDEO


Tələbə adını qazandığını ofisiant işlədiyi toyda “Vağzalı”dan sonra öyrənən Kərəmcan Kərimli sosial şəbəkə izləyicilərinin marağına səbəb olub.
Manevr.az xəbər verir ki, bu barədə o, “Xəzər Xəbər”ə danışıb.
“Telefon işlətmək icazəsi yox idi deyə, çəkiliş zamanı onu aşağıda tuturdum ki, rəhbər şəxslər, administrator görməsin. İş bitəndən sonra şifrəmi bacımdan istədim və nəticələrə elə baxa bildim. Əvvəl bacım da baxmışdı və demişdi ki, Qarabağ Universiteti, “Hüquq” fakültəsinə qəbul olmusan. Həqiqətən “Hüquq”u çox arzulayırdım və nəticə gözlədiyim kimi də oldu. Bu, bir anın içində baş verən proses deyil, uzun müddət planlı, disiplinli şəkildə çalışmağın bəhrəsidir.
2025-ci ildə bizim məktəbimiz – Təbiət elmləri tam ali gimnaziya respublika birincisi olmuşdu və bu mənim həyatımda ən önəmli anlardan biri idi. Məktəbi bitirəndən sonra fərqlənmə nişanı ilə mükafatlandırılmışam və “Qızıl attestat”la təltif olunmuşam”, - deyə Kərəmcan bildirib.
Kərəmcanın anası bildirib ki, oğlu çox əziyyət çəkib: “Çox həyəcanlı və sevincliyəm. Çünki 11 il ərzində oğlumun təhsilinə görə daim onun yanında olmuşam. Onun fikirlərinə həmişə hörmətlə yanaşmışam, dəstəkləmişəm. Oxumağı üçün əlimdən gələni etməyə çalışmışam ki, onun bu gününü görüm”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar