Xəbər lenti
92 bal toplamışam, vakant yer tapa bilmirəm - MİQ-dən narazılıq
Manevr.az xəbər verir ki, bir qrup müəllim Baku TV-yə müraciət edərək işsiz qalacaqlarından narahat olduqlarını bildiriblər.
“Təhsil deyirsiniz, almışıq, bal deyirsiniz, toplamışıq, savad var, biz nə etməliyik?”,- deyə Eyzangül Şahbazova adlı müəllim söyləyib.
92 bal topladığını deyən Şaiqə Məmmədova isə bildirib ki, yaşadığı rayonda vakant yer yoxdur: “Mən Ağcabədi rayonundan bura gəlmişəm. 92 bal toplamışam. 5-6 saat dərslərə razıyıq. Rayonumda bir dənə də olsun vakant yer tapa bilmirəm”.
Narazı olanlardan biri də vətəndaş Bahar Ağayevadır: “90 bal toplamışam. Bakı şəhəri üzrə texnologiya fənnindən 14 vakant yer var. Yer tutmaq şansım 1 faizə bərabərdir”.
Müəllimlər vurğulayıblar ki, bir gün ərzində 1000 nəfərdən artıq şəxs toplaşıb ərizə yazaraq şikayətlərini bildiriblər. Onların sözlərinə görə, Gəncə, Yevlax, Goranboy rayonları ümumiyyətlə vakant yer çıxarmayıb. Lakin daha öncədən həmin bölgələrdə olan təhsil ocaqları ilə maraqlandıqlarını və boş yerlərin olduğunu deyirlər. Hətta bu barədə Təhsil Nazirliyinə məlumat verildiyini də iddia edirlər.
Müəllimlərin narazılıqları ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, avqustun 6-dan MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılıb: “Namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər. Test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. Keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar