Xəbər lenti
Magistratura imtahanlarında iştirak edənlərin sayı artıb

DİM-dən verilən məlumata əsasən, bakalavrların xarici dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal 100 olub.
2025-ci ildə keçirilən imtahanlarda, ümumilikdə 26241 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 24858 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 1383 nəfər daha çox olub.
Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 48-ə yaxın (median 47.58) olub. Ötən il isə bu göstərici 49 bala yaxın (median 48.55) idi.
Bu il 90 və daha yuxarı bal toplayanların sayı 32 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 381 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 2019 nəfər olub. Ötən il analoji göstəricilər 44, 458 və 2106 nəfər idi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar