Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Tarix: 02-07-2025 19:10     Baxış: 384 A- / A+


Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.
Bəzi məktəblərdə valideynlərə bildirilib ki, övladlarının təhsilini davam etdirməsi üçün müvafiq ərizə təqdim olunmalıdır. Maraqlıdır, bu tələbin qanuni əsası varmı? Əgər varsa, hansı dəyişiklikdən sonra tətbiq edilib və səbəb nədir?
Manevr.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Oxu.az-a ümumi təhsil müəssisələrinin X sinfinə qəbulunun Azərbaycan Respublikası təhsil nazirinin 27 sentyabr 2013-cü il tarixli müvafiq əmri ilə təsdiq edilmiş "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları" ilə tənzimləndiyi bildirilib.
"Şagirdlərin X sinfə qəbulu onların ümumi orta təhsil haqqında dövlət sənədini - attestatını aldıqları vaxtdan növbəti tədris ili başlayanadək həyata keçirilir. Ümumtəhsil məktəbinin X sinfinə qəbul valideynin ərizəsi və ümumi orta təhsil haqqında dövlət sənədi - attestat əsasında həyata keçirilir", - deyə qurumdan bildirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar