Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Təhsil nazirindən rektora — Ciddi xəbərdarlıq

Tarix: 02-09-2016 21:47     Baxış: 3561 A- / A+
Təhsil nazirindən rektora

Bu gün Təhsil Nazirliyində ali təhsilə həsr olunmuş kollegiya iclası keçirilib.

Manevr.az xəbər verir ki, tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxış edərək məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. Toplantıda gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

İclasın sonunda bir sıra cari təşkilati məsələlər müzakirə olunub, Bakı Slavyan Universitetində aparılan təmir işlərinə zəruri nəzarətin təmin edilməyərək qanunvericiliyin tələblərinin və icra intizamının pozulmasına görə həmin təhsil müəssisəsinin rektoru Nurlana Əliyevaya ciddi xəbərdarlıq elan edilib.

BSU-nun fasadında illərdir qorunan, Azərbaycanın şair və yazıçılarının təsvirlərini əks etdirən mozaikanın söküntüsü son günlər gündəmə çevrilmişdi. (qafqazinfo)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar