Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Şans” imtahanı ilə bağlı abituriyentlərə ŞAD XƏBƏR

Tarix: 21-06-2025 16:19     Baxış: 353 A- / A+

“Şans” imtahanı ilə bağlı abituriyentlərə ŞAD XƏBƏR

Bütün ixtisas qrupları üzrə qəbul imtahanının I cəhdinin nəticələri artıq açıqlanıb. Hazırda abituriyentlər II cəhdə ciddi şəkildə hazırlaşırlar. Bu imtahanlar iyulun 6-da II və III ixtisas qrupları, iyulun 13-də isə I, IV qruplar və III TC alt qrupu üzrə keçiriləcək.
 
Abituriyentlərin əksəriyyəti bu dəfə ballarını artıracaqlarına ümid edir. Bəziləri hesab edir ki, növbəti – “şans imtahanı” daha asan ola bilər.
 
Maraqlıdır, bu, həqiqətən belə olacaqmı? Qeyd edək ki, I cəhddə heç bir abituriyent 700 bal toplamağı bacarmayıb. İkinci cəhd bu nəticəni dəyişə bilərmi?

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elmin Nuri bildirib ki, məsələyə iki aspektdən yanaşmaq lazımdır:
 
“Birinci aspekt odur ki, ikinci cəhd imtahanında abituriyentlərin balları yüksələ bilərmi? Mən deyərdim: bəli, bu mümkündür. Çünki ilk cəhdin tapşırıqları həddindən artıq çətinliyi ilə seçilirdi.
 
Bunu yüzlərlə, hətta minlərlə abituriyentin fikirlərinə və müəllimlərin şərhlərinə əsaslanaraq deyirəm. Hətta buraxılış imtahanlarında 200-250 bal toplayanların bir çoxu blok imtahanlarında 100 balı çətinliklə keçə bilib”.
 
Ekspert bildirir ki, DİM sualları məktəb proqramına uyğun tərtib etsə də, məktəblər kurikulumu kifayət qədər effektiv keçmədiyi üçün suallar abituriyentlər üçün “anlaşılmaz” olur. Bu səbəbdən II cəhd imtahanlarında müəyyən yumşalmalar gözlənilir.
 
“Əgər suallar qismən daha sadə tərtib olunsa, nəticələrdə də yüksəlmə baş verəcək. Amma əsas məqsəd 700 bal deyil”, – deyə ekspert vurğulayıb.
 
700 bal toplamaq zəruridirmi?
 
Bu suala cavab olaraq Elmin Nuri bildirib:
 
“700 bal toplamaq uğur göstəricisidir, lakin bu, tələbənin gələcək karyera uğurlarını müəyyən etmir. Əmək bazarında, real həyatda 500 bal toplayan bir gənc 700 ballıq tələbədən daha uğurlu ola bilər. Bu nəticələr çox nisbi və şansdan asılıdır. Əsas olan bacarıq, istedad və davamlı çalışmaqdır”.

Qeyd edək ki, II cəhd imtahanında iştirak üçün ödəniş 50 manatdır.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar