Xəbər lenti
Xaricdə təhsil almış 52 nəfərin diplomu tanınmadı
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 39 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olunması, 6 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olunması və əhəmiyyətli fərq, 4 əhəmiyyətli fərq (kredit sayı, ixtisaslararası uyğunsuzluq), 2 dövlət nümunəli olmayan diplom, 1 təhsil formasını göstərmək mümkündür.
Ölkələr üzrə Türkiyə Respublikasından 134, Rusiya Federasiyası 78, Ukrayna 68, Birləşmiş Krallıq 35, Gürcüstan 19, Polşa Respublikası 14, Çin Xalq Respublikası və İtaliya Respublikalarının hər birindən 9, Almaniya Federativ Respublikası 8, Macarıstan 6, Banqladeş Xalq Respublikası 4, Amerika Birləşmiş Ştatları, İsveçrə Konfederasiyası, Koreya Respublikası 3, Latviya Respublikası və Niderland Krallığının hər birindən 3, Belçika Krallığı, İsrail Dövləti, Litva Respublikası, Özbəkistan Respublikası və Qazaxıstan Respublikalarının hər birindən 2, həmçinin Belarus Respublikası, Estoniya Respublikası, Fransa Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, İspaniya Krallığı, Qana Respublikası, Qırğız Respublikası, Sudan Respublikası, Yaponiya, Yəmən Respublikası və Zimbabve Respublikalarının hər birindən isə 1 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, menecment üzrə 37, iqtisadiyyat üzrə 35, biznesin idarə edilməsi üzrə 32, maliyyə üzrə 28, beynəlxalq münasibətlər üzrə 21 müraciət qeydə alınıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar