Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Abituriyentlərə keçid balları ilə bağlı şad xəbər

Tarix: 06-06-2025 16:19     Baxış: 496 A- / A+
Abituriyentlərə keçid balları ilə bağlı şad xəbər
Bu il ali məktəblərə qəbul prosesində plan yerləri ilə bağlı bir sıra dəyişikliklərin olacağı gözlənilir. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, ali təhsil müəssisələrinə 1309 plan yeri artırılıb.

"I ixtisas qrupu üzrə 455, II qrup üzrə 385, III qrup üzrə 124, IV qrup üzrə 114, V qrup üzrə isə 231 nəfər plan yeri artırılıb. Mülki ali məktəblərə 60 489 nəfər qəbul edəcəyik. Bu, keçənilki plan yerlərindən 1300 yer və ya 2 faiz çoxdur. Dövlət sifarişli yerlərin sayı 568 yer artıb. Bu il kolleclərə 15874 nəfər qəbul edəcəyik. Amma 9 illikdə verilən yerlərin sayı 25 faiz azalıb. Bu il 8144 nəfər qəbul olunacaq", - o, qeyd edib

Onun sözlərinə görə, qərar daha çox tələbənin universitet təhsili almağa şans əldə etməsinə imkan yaradacaq.

Bəs bu artım keçid ballarında hər hansı bir dəyişiklik yaradacaqmı?

Manevr.az
bildirir ki, mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya danışıb.

O, qeyd edib ki, təhsillərini Azərbaycanda davam etdirmək istəyən daha çox gəncə üniversitet təhsili alma şansı verəcək.

"Bu ildən etibarən ali təhsil müəssisələrinə qəbul yerlərinin artırılması planlaşdırılıb. Təəssüf ki, bu il də keçirilən qəbul imtahanlarında bir neçə səhvlər oldu. Bu, həm tarix fənni üzrə keçirilən blok imtahanları, həm də riyaziyyat fənni ilə bağlı imtahanlarda özünü göstərdi.

DİM sonradan səhv suallar qoyulduğunu özü də etiraf etdi. Lakin ən pisi odur ki, vəziyyət yanlız abituriyentlərdən üzr istəməklə kifayətləndi. Bu səhvlərin yaratdığı problemlər və fəsadlar olduğu kimi qaldı”.

Ekspertin fikrincə, bu il ali təhsil müəssisələrinə qəbul yumşaldılacaq.

"Ən azı 5 min abituriyent öz arzularına çata biləcək. Bu isə o deməkdir ki, ballar ötən ilə nisbətən müəyyən qədər aşağı düşəcək. Bu, bütün ixtisasları əhatə etməyəcək, amma ümumilikdə 5 min nəfərin universiteti qazanması ümidverici haldır. Postsovet ölkələri içərisində ən çox ali təhsilli olan gənclər Azərbaycandadır. Bu nisbət hər yüz nəfərə 17-18- dir.

M.Məmmədli bu müsbət addımların arxasında hələ də ciddi islahatların həyata keçirilməsinin vacib olduğunu vurğulayıb.

"DİM müəyyən dəyişikliklər etməlidir ki, gənclərimiz blok imtahanından sonra xaricə üz tutmasınlar elə öz vətənlərində təhsil alsınlar".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar