Xəbər lenti
Xaricdə təhsil alanların köçürülməsi prosesinə qeydiyyat başlayır

Xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (Qaydalar) uyğun olaraq həyata keçirilir.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, qaydaların 5.9-cu bəndinə əsasən xaricdə natamam ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) müraciət etməlidir. Ərizəçinin kvalifikasiyası qismən tanındıqdan sonra o, Azərbaycanda ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ əldə edir.
Köçürülmə “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na əsasən həyata keçiriləcəkdir.
Qismən tanınma şəhadətnaməsi ilə əlaqədar olaraq xüsusilə qeyd etmək istərdik ki, bu sənəd sahibinə sadəcə Azərbaycan Respublikasınını ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ verir.
Köçürülmə prosesi yay mövsümündə başlayacağı üçün iştirak edəcək şəxslərə https://apply.enic.edu.az/ keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur. Qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən şəxslərdən 30 iyun saat 18:00-dək TKTA-ya müracət etmələri xahiş olunur. Qeyd edilən saatdan sonra edilən müraciətlər nəzərə alınmayacaqdır.
Qeyd edilib ki, TKTA yalnız qismən akademik tanınma prosesini həyata keçirir və yekunda təqdim olunan şəhadətnamə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən köçürülmə üçün tələb olunan sənədlərdən biridir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar