Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Məcburi köçkün statuslu tələbələrin sayı AÇIQLANDI

Tarix: 27-05-2025 11:24     Baxış: 497 A- / A+
Büdcədən təhsil haqqı ödənilən köçkün tələbələrin sayı AÇIQLANDI
Ötən il ali təhsil üzrə ödənişli əsaslarla təhsil alan məcburi köçkün statuslu 12528 nəfərin təhsil haqqını dövlət ödəyib.
Manevr.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”ında əksini tapıb.

Hesabatda qeyd edilib ki, dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi ilə bağlı xərclər hesabına 2024-cü il ərzində ali təhsil üzrə ödənişli əsaslarla təhsil alan məcburi köçkün statuslu 12528 nəfər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 665 nəfər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan 1600 nəfər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış 667 nəfər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 574 nəfər, şəhid ailəsinin üzvü 11 nəfər, eləcə də sözügedən imtiyazlı şəxslər üzrə orta ixtisas təhsil müəssisələrində 2299 nəfər və peşə təhsili müəssisələrində 185 nəfər, cəmi 18529 nəfər tələbənin 51,4 milyon manat təhsil və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrə 2,6 milyon manat təqaüd xərcləri, cəmi 54,0 milyon manat sərf edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar