Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda "Son zəng"in təmtəraqla keçirilməsi qadağan edilib - RƏSMİ

Tarix: 15-05-2025 15:24     Baxış: 3117 A- / A+

Azərbaycanda "Son zəng"in təmtəraqla keçirilməsi QADAĞAN EDİLİB - RƏSMİ

“Son zəng” tədbirinin təmtəraqlı keçirilməsi təlimata uyğun olaraq qadağan edilib.
Manevr.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İctimai TV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olarkən deyib.
O bildirib ki, bu, məntiq çərçivəsində keçirilməli bir tədbirdir:
"Biz cəmiyyət olaraq öyrənə-öyrənə gedirik. İnanıram ki, valideyn-müəllim asosiassiyasının da vəsaitləri daha yaxşı şeylərə sərf olunmalıdır. Tədbirin təmtərağına yox, onun yadda qalmağının, özününkü olmağına yönəlməlidir". 
Vəfa Yaqublu qeyd edib ki, “Son zəng”də şagird məktəbli formasında olmalıdır. Çünki məktəbli forması mənsubiyyət göstəricisidir: "Bu o deməkdir ki, “Mən bu məktəbin bir hissəsiyəm. Bu məktəb də mənim üçündür”. 
O bildirib ki, uşaqlar “Son zəng” günündə məktəbli forması ilə də sağollaşırlar. Hər bir fəaliyyətin bir mənası olmalıdır:
“Onlarla “Son zəng” tədbirində olmuşam. Bu tədbirlər emosional tədbirdir və uşaqlar öz emosiyalarını, fikirlərini səmimi şəkildə göstərməlidirlər. Məktəb ictimai qurumdur. Burada müxtəlif sosial rifah səviyyəsində olan insanlar təhsil alırlar. Bu cür tədbirlər o qədər ziyalıcasına, həssas qurulmalıdır ki, hər bir uşaq orada özünü komfort hiss etsin. 150 manatı verənin yanında o biri uşaq özünü piss hiss etməsin. 
Mən uşaqların səlahiyyətləndirilməsi məsələsinə diqqət yetirmək istəyirəm. Məşhur sosioloq-pedaqoq var – Rocer Hard. “Rocer Hardın nərdivanı” adlı nəzəriyyə var, orada uşaqların səlahiyyətləndirilməsini səkkiz pilləyə bölür. Ən aşağı pillənin adını “imitasiya-monipulyasiya” qoyub, ən yuxarı səkkizinci pillə isə uşaqların özlərinin tədbiri təşkil etməsi və böyüklərdən kömək istəməsidir. Bizim halımız “imitasiya-monipulyasiya” səviyyəsindədir. Hamısı bir-birinin təkrarı olan tədbirlərdə məzunlar emosiyaları sözlə ifadə etmək imkanından məhrum olurlar. Uşaq orada emosional zövq almır”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar