Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Milli Elmlər Akademiyası doktoranturaya sənəd qəbulu elan edir

Tarix: 13-05-2025 16:43     Baxış: 3115 A- / A+


Azərbaycan Milli Elmlər Akademiyası fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.
Bu barədə Akademiyadan məlumat verilib.
Bildirilib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan vətəndaşları sənəd təqdim edə bilərlər.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dil, fəlsəfə və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayan şəxslər fəlsəfə fənni üzrə imtahanda, fəlsəfə fənni üzrə “məqbul” qiymət alan şəxslər isə ixtisas fənni üzrə imtahanda iştirak etmək hüququ əldə edirlər.
Sənəd qəbulu portal.edu.az vasitəsilə 13 may 2025-ci il tarixindən 2 iyun 2025-ci il tarixi saat 18:00-dək həyata keçiriləcək. Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün elmi müəssisələrin Təhsil şöbələrinə müraciət etmək olar.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər, eyni zamanda paralel olaraq AMEA-nın müvafiq elmi müəssisələrinə də təqdim edilməlidir:
- elmi müəssisənin rəhbərinin adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması ilə bağlı şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG, Cambridge English Qualifications – olduğu halda).
Qeyd edək ki, xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına malik olan şəxslər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyini Dövlət İmtahan Mərkəzi müəyyənləşdirir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar