Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bu universitetdə yeni ixtisas yaradılacaq

Tarix: 06-05-2025 18:07     Baxış: 3205 A- / A+
Ölkəmizdə ali məktəblərə qəbul prosesinin birinci mərhələsi artıq yekunlaşıb. Bundan sonrakı prosesdə abituriyentlər blok imtahanlarında iştirak edəcəklər. Cari ildə bir sıra ali təhsil müəssisələrində ixtisaslarda bəzi dəyişikliklərin olacağı proqnozlaşdırılır.
Manevr.az-ın məlumatına görə, ixtisaslarında dəyişiklik olacaq ali təhsil müəssisələrindən biri Azərbaycan Dövlət Pedaqoji Universitetidir (ADPU).
Mövzu ilə bağlı ali təhsil müəssisəsindən saytımıza bildirilib ki, əmək bazarının və müasir dövrün tələblərinin, həmçinin də Təhsil ixtisasları qrupu üzrə işçi qrupun ilkin qərarları nəzərə alınmaqla, "Korreksiyaedici təlim" ixtisasının adı "Xüsusi pedaqogika", "İnformatika müəllimliyi" ixtisasının adı "İnformatika və rəqəmsal bacarıqlar müəllimliyi", "Riyaziyyat və informatika müəllimliyi" ixtisasının adı isə "Riyaziyyat, informatika və rəqəmsal bacarıqlar müəllimliyi"  adı ilə əvəzlənib. Bundan əlavə, cari ildən yeni yaradılan "Fizika və riyaziyyat müəllimliyi" ixtisasına qəbul aparılacaq.
Qeyd edilib ki, magistratura və doktorantura səviyyələri üzrə son illərdə müxtəlif yeni ixtisasaşmalar yaradılıb, burada təhsil idarəetməsi ixtisaslaşmaları geniş yer tutur. Hazırda əmək bazarının tələblərinə uyğun yeni ixtisaslaşmaların da yaradılması İşçi qrupda müzakirə edilir.modern.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar