Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Qəbul imtahanı çətin olmayacaq! - Ekspert

Tarix: 20-04-2025 11:09     Baxış: 3117 A- / A+
Gələn il qəbul imtahanları əvvəlkindən tez keçiriləcək - EKSPERT

Bu il buraxılış imtahanından 43 nəfər maksimal bal toplayıb. 2024-cü ildə isə bu say 53 idi. Keçən illə müqayisədə azalma müşahidə olunur.
Manevr.az-ın xəbərinə görə, bu sözləri axar.az-a təhsil eksperti Ramin Nurəliyev buraxılış imtahanının nəticələrini şərh edərkən deyib.
Ekspert bildirib ki, maskimum bal toplayanlarının sayının azalması riyaziyyat fənnindən olan suallarla əlaqəlidir:
“Buna səbəb riyaziyyat fənnindən olan sualların bir neçəsinin çətin olmasıdır. Bu da ümumi imtahanın nəticəsinə də təsir etdi. Məncə, ümumi imtahandakı çətinlik səviyyəsi ötənilki buraxılış imtahanı ilə eyni vəziyyətdədir. Bu isə imtahanın ikinci mərhələsi hesab edilən blok imtahanlarının siqnallarını verir.
Hesab edirəm ki, DİM blok imtahanını keçən ilə nisbətən çətin salmayacaq. Çünki keçən il ali təhsil müəssisələrində dövlət sifarişli yer 58 min idi. Ancaq bu il sayın 5-6 minə qədər artması ehtimalı var. Əgər dövlət sifarişli yer 62-63 min olacaqsa, müsabiqə şərtlərini ödəyən şəxslərin sayı da 70 min olmalıdır. Ona görə də blok imtahanlarının çətin olacağı qənaətində deyiləm”.
Ekspert əlavə olaraq bildirib ki, 700 bal toplayanların sayı blok imtahanlarından asılı olacaq:
“Bu il 120 min abituriyent buraxılış imtahanına ilkin qeydiyyatdan keçib. Ancaq burada əsas məsələ blok imtahanı üçün qeydiyyat və iştirakdır. Bunu mayın 1-dən, blok imatahanlarına qeydiyyat yekunlaşdıqdan sonra biləcəyik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar