Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Narazı qalan müəllimlərə növbəti şans veriləcək

Tarix: 23-06-2017 08:55     Baxış: 4500 A- / A+
Narazı qalan müəllimlərə növbəti şans veriləcək


Azərbaycanda diaqnostik qiymətləndirmənin nəticələrindən razı qalmayan müəllimlər öz bilik və bacarıqlarını yenidən qiymətləndirmədə iştirak etməklə sınaya bilərlər.


Manevr.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi tamamlanmaq üzrədir.

Nazirlik rəsmisi əlavə edib ki, işə yeni qəbul olan müəllimlər üçün yeni qiymətləndirmə keçirilməlidir:
"Hər il müəllimlərin işə qəbulu müsabiqəsi keçirilir və hər il Təhsil Nazirliyi sisteminə daxil olan məktəblərə yeni müəllimlər təyinat alır. Həmin müəllimlər üçün də gələcəkdə diaqnostik qiymətləndirmənin keçirilməsi nəzərdə tutulur. Bəzi müəllimlər düşünə bilər ki, ötən il ərzində öz peşəkarlıq səviyyəsini yüksəldiblər. Həmin qiymətləndirmə keçirilərkən də öz nəticəsindən razı qalmayan müəllimlər özlərini yenidən sınaya bilərlər. Biz həm əvvəlki qiymətləndirmənin nəticəsindən razı qalmayanlar, həm də qiymətləndirmədə üzrlü səbəbdən iştirak edə bilməyən müəllimlər üçün də yenidən özlərini sınaya bilməsi üçün şərait yaradacağıq".Trend

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar