Xəbər lenti
Məcburi köçkün şagirdlərlə görüş keçirilib

Azərbaycan Respublikası “Təhsil” Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Məcburi köçkün məktəblərində elm və təhsilə marağın təşviq edilməsi” layihəsi çərçivəsində növbəti tədbiri keçirib.
Layihəhəyə uyğun olaraq sonuncu görüş iyunun 13-də Bərdə rayonunun Yeni Qəsəbəsində yerləşən Kəlbəcər rayon 92 saylı məktəbdə təşkil edilib.
“Təhsil” Cəmiyyətinin nümayəndəsi Taleh Şahməmmədli layihənin məqsəd və məramından bəhs edərək bildirib ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan tədbirlərin məcburi köçkün məktəblərində keçiririlməsi təsadüfi deyil. Bu, məcburi köçkün olan şagirdlərdə davamlı təhsilə marağın artırılmasına xidmət edir.
Tanınmış jurnalist, layihənin eksperti Seymur Verdizadə mövzu ilə bağlı çıxışında bildirib ki, ölkəmizin gələcəkdə dünya miqyasında güclü dövlətlərdən biri olması bugünkü nəslin hansı səviyyədə elmli və təhsilli olmasından asılıdır.
Layihənin digər eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev bildirib ki, məcburi köçkün məktəblərində belə görüşlər tez-tez keçirilməlidir. E. Əliyev qeyd edib ki, bu görüşlər şagirdlərdə elm və təhsilin həyatımızdakı əvəzedilməz rolu barədə təsəvvür yaradır.
“Moderator.az” xəbər portalının Baş redaktoru Zülfüqar Hüseynzadə işğal olunmuş rayonlarımızın məktəblərindəki nisbətən əlverişsiz şəraitə baxmayaraq onların bir çoxunun yüksək nəticələr göstərdiyini vurğulayıb. Bildirib ki, bununla yanaşı, məcburi kömçün gənclər daha çox oxumalı, öyrənməli və təhsildə, elmdə yüksək nailiyyətlərə çatmalıdırlar.
Sonda qonaqlar şagirdləri maraqlandıran suallara cavab veriliblər.



Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar