Xəbər lenti
“Təhsil” Cəmiyyəti elmə marağı təşviq edir - FOTOLAR
İyunun 12-də Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti Ağcabədi rayonunu Taxtakörpü qəsəbəsində yerləşən Laçın rayon 37 saylı məktəbdə şagirdlərlə görüş keçirib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Məcburi köçkün məktəblərində elm və təhsilə marağın təşviq edilməsi” layihəsi çərçivəsində baş tutub.
Layihənin koordinatoru, “Təhsil” Cəmiyyətinin nümayəndəsi Taleh Şahməmmədli görüşün məqsədi, məcburi köçkün məktəblərində təhsil alan şagirdlərdə elm və təhsilin təbliğ edilməsi, məktəblilərə keyfiyyətli biliklərin aşılanmasının motivasiya edilməsi məsələlərindən danışıb.
Layihənin ekspertlərindən biri, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev şagirdləri salamlayaraq onların çətin sosial şəraitdə təhsil almalarının diqqətəlayiq olduğunu vurğulayıb. E. Əliyev bildirib ki, işğal olunmuş rayonlarımızdan olan şagirdlərin və tələbələrin, bu bölgəmizin gənclərinin üzərinə ikiqat məsuliyyət düşür: “Çünki bizim torpaqlarımızı işğaldan azad etməyimizin açarı güclü elmə və təhsilə malik olmağımızdan keçir”.
Tanınmış jurnalist, layihənin eksperti Seymur Verdizadə şagirdlərdə elm və təhsilə marağın artırılmasında belə tədbirlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycanın gələcəkdə dünya miqyasında özünə layiqli yer tutması bugünkü nəslin üzərinə düşən məsuliyyətdir.
Tədbirdə çıxış edən “Moderator.az” xəbər portalının Baş redaktoru Zülfüqar Hüseynzadə hər bir xalqın və dövlətin inkişafında, qüdrətlənməsində yeganə yolun təhsil olduğunu bildirib. Bildirib ki, yeni nəslin, bugünkü məktəblilərin yaxşı təhsil alması dövlətimizin strateji maraqlarına xidmət edir.
Sonda çıxış edən məktəb rəhbərliyi və şagirdlər görüşün təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar