Xəbər lenti
Bəzi ali məktəblərə tələbə qəbulu aparılmayacaq

2017/2018-ci tədris ili üzrə qeyri-dövlət ali təhsil müəssisələrinə (özəl ali məktəblər) ayrılan plan yerlərinin sayı azaldılıb.
2016/2017-ci tədris ili üzrə özəl ali məktəblərə qəbul planı 7 038 olmuşdusa, növbəti tədris ili üçün bu rəqəm 6195 olacaq.
Ali məktəblər üzrə ən çox plan yeri Azərbaycan Kooperasiya Universitetinə, ən az isə Bakı İslam Universitetinə ayrılıb.
Belə ki, 2016/2017-ci tədris ili üzrə 6 195 qəbul planından 760 yer Xəzər Universiteti, 560 yer Bakı Biznes Universiteti, 480 yer Bakı Avrasiya Universiteti, 390 yer Bakı Qızlar Universiteti, 1115 yer Azərbaycan Kooperasiya Universiteti, 525 yer Azərbaycan Universiteti, 230 yer Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, 345 yer Naxçıvan Universiteti, 780 yer Odlar Yurdu Universiteti, 860 yer Qərb Universiteti, 150 yer isə Bakı İslam Universiteti üçün nəzərdə tutulub.
Növbəti tədris ili üçün qəbul planının azaldılması əsasən 2 özəl ali məktəb – “Təfəkkür” Universiteti və Qafqaz Universiteti ilə bağlı verilən qərarlarla əlaqədardır. Qafqaz Universitetinin təhsil strukturu bütövlükdə Bakı Mühəndislik Universitetinə verilib və bu ali məktəb dövlət statuslu universitet kimi fəaliyyətini davam etdirir. “Təfəkkür” Universiteti isə bu tədris ilindən fəaliyyətini dayandırıb və növbəti il həmin universitetə qəbul aparılmayacaq.gununsesi.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar