Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şura yeni elektron qəbul proqramının təqdimatını keçirdi

Tarix: 09-06-2017 20:00     Baxış: 4454 A- / A+
Şura yeni elektron qəbul proqramının təqdimatını keçirdi


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün təsviri hesabatların elektron qəbulu proqramınıntəqdimat mərasimini keçirib.


Tədbirdə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Katibliyin əməkdaşları, QHT və media nümayəndələri iştirak ediblər.
Katibliyin icraçı direktoru Fərasət Qurbanov təsviri hesabatların elektron qəbulu proqramınınyaradılmasının şəffaflığın, həmçinin hesabatların təqdim edilməsinin asanlaşdırılması və bu sahədə xidmətin keyfiyyətinin artırılması məqsədi daşıdığını diqqətə çatdırıb. İcraçı direktor qeyd edib ki, maliyyə hesabatları 2013-cü ildən elektron qaydada qəbul edilir. Bu ildən etibarən isə təsviri hesabatların da elektron qaydada qəbulu prosesinə başlanıb. QHT-lərin bütün hesabatları onların fərdi elektron kabinetlərində yerləşdiriləcək.


Toplantıda çıxış edən Şura üzvü, Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, deputat Şahin İsmayılov təmsil etdiyi qurumun öz fəaliyyətində daim şəffaflığın təmin olunmasına xüsusi diqqət ayırdığını deyib. Şura üzvü elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində Katibliyin həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirdiyini bildirib.


Şahin İsmayılov Şuranın www.e-qht.az saytının “e-ərizə” və “e-hesabat” bölmələrinin proqram təminatının yeniləşdirilməsinin də bu baxımından atılan mühüm addım olduğunu vurğulayıb. Şura üzvü QHT-lərin qrant müsabiqələrinə təqdim etdikləri layihələrin aktuallıq və səmərəlilik cəhətdən mövcud olan problemləri haqqında danışaraq təşkilatların innovativ təşəbbüslərlə çıxış etməsinin vacibliyini qeyd edib. Ş. İsmayılov QHT-lərin müqavilə öhdəliklərinin icrası zamanı yol verdikləri qüsurların donor-resepient münasibətlərində doğuracağı nəticələrlə də bağlı fikirlərini bildirib.


Katibliyin məsləhətçisi Toğrul Turabov adıçəkilən proqramın “Təsviri Hesabat”, “Faylların yüklənməsi” və “Yazışmalar” bölmələri haqqında ətraflı məlumat verib. Tədbirdə proqramdan istifadə qaydalarının izahından bəhs edən təqdimat nümayiş etdirilib və QHT nümayəndələrinin sualları cavablandırılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar