Xəbər lenti
Məktəblər təhsilalanlara təkcə bilik deyil, dünyagörüşü də aşılamalıdır
“Bilikli olmaq, hələ lazımi dünyagörüşünə sahib olmaq demək deyil”.
Manevr.az bildirir ki, bu sözləri AzEdu.az-a açıqlamasında təhsil mütəxəssisi Nadir İsrafilov deyib.
Nadir İsrafilovun sözlərinə görə bilik bir şəxsin problemini həll etməyə imkan verən məlumatlara sahib olmasıdır:
“Biz əsasən, daha çox bilik əldə etmək üçün səy göstəririk. Savad, bilik, dünyagörüşü nə qədər bir-biri ilə əlaqəli olsalar belə, öz funksiyalarına görə bir-birindən fərqli anlayışlardır. Elmi-kütləvi ədəbiyyatda savad əsasən insanın oxu və yazı bacarıqlarına yiyələnmək səviyyəsi kimi xarakterizə olunur. Yəni, hər hansı bir xalqın savadlılıq indeksi savadlıların sayı ilə ümumi əhalinin sayı arasındakı nisbətlə ölçülür. Dünyagörüşü isə daha geniş anlamlı bir məfhum olub, dünyaya və insanın buradakı yeri haqqında baxışlar sistemi kimi səciyyələndirilir. Başqa sözlə desək, dünyagörüşü - çeşidli baxışların, dəyərlərin, davranışların toplusudur. Toplumun və hər bir kəsin düşüncəsində yaranan mürəkkəb və bəsit nə varsa, dünyagörüşüdür. O hər kəsə ya da topluma məxsus ola bilər. Hər bir dönəmin də öz dünyagörüşü vardır. İnsanın dünyagörüşünün hər bir hissəciyi başqaları ilə sıx bağlıdır, onların hamısı bir-biri ilə əlaqədədirlər. Eyni zamanda, dünyagörüşü təkcə düşüncəyə və biliyə deyil, həmdə emosiyaların üzərində qurulur. Buna görə də intellektual biliklər bunlarla sintezə girib birgə ifadə olunurlar. Bununla da dünyanın duyulması və anlaşılması prosesi baş verir”.
N.İsrafilov qeyd edib ki, bu gün yeniyetmə və gənclərdə mənəvi-əxlaqi dəyərlərə hörmət, onlara ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etmək və digər maraq doğuran məsələlərin həlli və eyni zamanda təcrübə mübadiləsi aparmaq son dərəcə zəruri şərtlərdən birinə çevrilib:
“Bəli, istəsək də istəməsək də qəbul etmək, məcburiyyətindəyik ki, müasir gənclik bizlərlə - yaşlı və orta nəslin nümayəndələri ilə müqayisədə daha çevik və daha məlumatlıdır. Çünki, onların sərəncamında bizim dövrümüzdən fərqli olaraq, daha çox texnoloji resurslar, informasiya daşıyıcıları var. Lakin, gəlin aydınlaşdırmağa çalışaq və baxaq görək ki, məlumatlı olmaq daha önəmlidir, yoxsa mükəmməl dünyagörüşünə sahib olmaq? Belə bir nəticə hasil olacaq ki, məlumatlı, bilikli, səriştəli, istedadlı, intellektual olmaq, hələ heç də lazımi dünyagörüşünə sahib olmaq demək deyil. Məlumatlılıq nədir? Müəyyən sahələr üzrə müxtəlif informasiya daşıyıcılarından müvafiq informasiyalara yiyələnmək. Səriştə isə adətən bir işə bələdlik, bir işi bacarma, təcrübə, bacarıq kimi qəbul olunur. Buna görə də bu gün biz məktəbə təkcə bilik, bacarıq və vərdiş ötürücüsü kimi yox, həm də təhsil alanlara dünyagörüşü aşılayıcısı kimi baxmalıyıq”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar