Xəbər lenti 
					
 
		20 il iş stajı olan 50 müəllimin diplomu saxta hesab olundu

Neftçalada 50-ə yaxın müəllimə diplomlarının dövlət nümunəli olmadığı bildirilib. Bu səbəbdən onlar diaqnostik qiymətləndirmə imtahanına buraxılmayıblar. Hələ bu azmış kimi, növbəti tədris ilindən işdən azad olunacaqlarına dair xəbərdarlıq da alıblar.
Neftçala rayonunda 20 ildən çoxdur pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin diplomları etibarsız çıxıb.
Bu barədə onlara Təhsil Nazirliyindən məlumat verilib. Müəllimlərin hamısı 1991-ci ildə rayonda fəaliyyətə başlamış, əvvəlki adı Neftçala Qızlar Gimnaziyası olmuş, sonradan isə adı Gəncə Təsərrüfat Məişət Kollecinin filialı kimi dəyişdirilmiş təhsil müəssisəsinin məzunlarıdır.
Müəllimlərin sözlərinə görə, onlar kollecə daxili imtahan hesabına qəbul olaraq əyani formada ödənişli əsaslarla təhsil alıblar və indiyə kimi müxtəlif orta məktəblərdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstəriblər. Lakin ötən ilin dekabr ayında adıçəkilən kollecin 50-ə yaxın məzunu müəllimlərin diaqnostik qiymətləndirilmə imtahanına buraxılmayıblar.
Daha sonra isə onlara bildirilib ki, növbəti tədris ilindən diplomları etibarsız hesab olunduğu üçün işdən azad olunacaqlar. Neftçala rayon Təhsil Şöbəsinin rəsmisi Seymur Quliyevin sölərinə görə, hazırda məsələnin hüquqi müstəvidə araşdırılmasına başlanıb.
Kollec məzunlarının diplomlarının etibarlı olub-olmadığı isə məhkəmənin verəcəyi qərardan sonra məlum olacaq.bizimyol.info
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















